9-10 dekabr 2022-ci il tarixlərində Quba rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə rayonun fəal gəncləri, idarənin təşkil etdiyi müsabiqə qalibləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin uyuduğu II Fəxri Xiyabanı ziyarət etmişdirlər. Ziyarət zamanı Vətən müharibəsinin tarixi əhəmiyyəti, Müzəffər Ordumuzun qüdrəti, Şəhidlərimizin qəhrəmanlıqları gənclərin diqqətinə çatdırmışdır. Şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyulmuş, xatirələri hörmətlə yad edilmişdir. Daha sonra gənclər Hərbi Qənimətlər Parkını ziyarət edərək, Vətən Müharibəsi zamanı düşmənin məhv edilmiş texnikaları ilə tanış olublar.
Gənclər sırasında filialın TGT sədri Nicat Piriyev, TGT fəalları, ümumrayon esse müsabiqəsinin qalibləri olan tələbələrimiz də olub.