Quba filialının 30 illik yubiley tədbiri maraqlı təqdimatlarla davam edib

07.05.2022
Quba filialının 30 illik yubiley tədbiri maraqlı təqdimatlarla davam edib
Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanovun, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin, millət vəkili Vahid Əhmədovun, Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərovun, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynovanın, Quba filialının direktoru dosent Yusif Alıyevin, ADPU-nun prorektor və dekanları, Universitetin filiallarının və Pedaqoji Kollecin direktoru, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və Quba filialının kollektivi iştirak etdiyi 30 illik təntənəli yubiley tədbirinin bədii hissəsində Quba Uşaq musiqi məktəbinin direktoru hörmətli İlqar Məmmədovun və kollektivinin, Azərbaycan muğam müsabiqəsinin diplomantı Murad Kəngərlinin, filialın tələbələrinin hazırladıqları kompozisiyalar təqdim edildi.
Bir daha xüsusi olaraq tədbirdə göstərdikləri köməyə görə başda İlqar Məmmədov olmaqla hər bir iştirakçıya filialın direktoru dosent Yusif Alıyevin və filial kollektivinin adından təşəkkür edirik.
Quba filialının 30 illik yubiley tədbirinə həsr edilmiş Bədii hissəni təqdim edirik:
Moderatorlar: Murad Muradov, Səma Asəfova , 1.Quba filialında təhsil alan azsaylı xalqların nümayəndələrinin dilində təbrik salamlaması.
2. “Koroğlu” operasından uvertura
Musiqisi: Üzeyir Hacıbəylinin
İfa edir: Quba şəhər Uşaq Musiqi Məktəbinin notlu Xalq çalğı alətləri ansamblı. Ansamblın bədii rəhbəri: İlqar Məmmədov, konsertmeysetr İmran Şəfiyev.
3.“Vətən” şeri
Sözləri: Mahirə Nağıqızının
Səsləndirir: ADPU-nun Quba filialının II tədris ili tələbəsi Cəvahir Qocayeva.
4. “Gözəl Quba”
Sözləri: Mirmehdi Seyidzadənin
Musiqisi: Səid Rüstəmovun
İfa edir: İsrafil Qayıbov, Nicat Piriyev, Ülkər Abbaslı
5. “Zəfər himni”
Sözləri: Maya Heydərqızı
Musiqi: Ceyhun Allahverdiyev
İfa edir: Quba şəhər Uşaq Musiqi Məktəbinin xoru.
Xormeyster: Respublika müsabiqələri laureatı İradə Aslanova.
6. “ Çırpınırdı Qara dəniz”
Sözləri: Əhməd Cavadın
Musiqi: Üzeyir Hacıbəylinin
İfa edir: Filialın tələbəsi İlahverdi Talıbzadə
7. “Naz eləmə” Azərbaycan rəqsi.
İfa edirlər: Şəbnəm Qurbanova, Əli Ömürmaliyev.
8. “Sevgili canan” romansı
Sözləri: Nizami Gəncəvinin
Musiqi: Üzeyir Hacıbəylinin
İfa edir: Quba şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Coşqun Beydullayev.
9. “Zəfərimizi borclu olduqlarımız” adlı şeir kompozisiyası.
İfa edirlər: Quba filialının tələbələri – Qənbər Abbaslı, Əhməd Əliyev, Rəşidə Həsənova, Səma Asəfova
10. “Qarabağ şikəstəsi”
İfa edir: Muğam müsabiqəsinin diplomantı, muğam ifaçısı Murad Kəngərli
    
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?