Quba filialının əməkdaşları Kitab sərgisində iştirak edir

06.10.2022
Quba filialının əməkdaşları Kitab sərgisində iştirak edir
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ile 5-9 oktyabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində “Şuşa ili” nə həsr olunan 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir. Sərgi ölkəmizdə kitab sənayesinin və müasir ədəbi proseslərin inkişafına dəstək məqsədi ilə keçirilir.
İştirakçılar sərgidə 150-dən artıq yeni və xarici nəşriyyatların bütün janrlar üzrə təqdim etdiyi kitablarla tanış olmaq, tanınmış yazarların imza günlerinə və yeni nəşr olunan kitabların təqdimatına qatılmaq imkanı əldə edə bilirlər. Sözügedən sərgidə digər ali təhsil müəssisələri kimi Quba filialının da professor-müəllim heyəti, tələbələr, doktorant və tədqiqatçıları da iştirak edir. Filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Günəş Xudayarova Sərginin ilk günündə Bakı Ekspo Mərkəzində “Şuşa ili” nə həsr olunan 8-ci Bakı Beynəlxalq Kitab Sərgisini ziyarət edib.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?