Quba filialında rəqəmsallaşdırma bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görüş keçirilib

04.06.2024
Quba filialında rəqəmsallaşdırma bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görüş keçirilib

3 may 2024-cü il tarixində ADPU-nun Quba filialında rayonda fəaliyyət göstərən sahibkarların və gənclərin elektron ticarət biliklərinin artırılması məqsədilə təşkil olunan görüş zamanı Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Fərid Əhmədxanov, Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini p.ü.f.d.Aysel Şeydayeva tədbir iştirakçılarını salamlayıb, daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az ortalının rəhbəri Ayxan Qədəşov iş prinsipi və portalın xarici bazarlara çıxış üçün təqdim etdiyi imkanlar barədə məlumatlar verib.

Görüşdə iştirakçılara “Amazon”, “eBay”, “Alibaba” kimi beynəlxalq elektron ticarət platformalarında məhsul yerləşdirmə imkanları, həmçinin Payoneer beynəlxalq ödəniş sistemindən istifadəyə dair praktik nümunələr üzərindən zəruri məlumatlar təqdim olunub, iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?