Quba filialında “İstedadlar sorağında”adlı  musiqi festivalı keçirilib

30.01.2024
Quba filialında “İstedadlar sorağında”adlı  musiqi festivalı keçirilib

Quba -Xaçmaz Regional Gənclər və İdman  idarəsinin  təşkilatçılığı ilə 29 yanvar 2024-cü il tarixində  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında  2 Fevral  Azərbaycan Gəncləri Günü münasibətilə “İstedadlar sorağında”adlı Quba -Xaçmaz iqtisadi  regionun gənclərinin iştirakı ilə musiqi festivalı  baş tutmuşdur. Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd 2 Fevral -Azərbaycan  Gəncləri Gününün  qeyd edilməsi, istedadlı və yaradıcı gənclərə dəstəyin  artırılması  və asudə vaxtlarının səmərəli  təşkil edilməsi olmuşdur. Musiqi festivalının sonunda iştirakçılar və münsiflər heyəti  müxtəlif nominasiyalar üzrə diplom və medallarla təltif olunublar.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?