“Qarabağın iqtisadiyyatının gələcəyinə baxış: dayanıqlı inkişafın yeni modeli” konfransına məqalələr qəbul olunur

22.04.2021
“Qarabağın iqtisadiyyatının gələcəyinə baxış: dayanıqlı inkişafın yeni modeli” konfransına məqalələr qəbul olunur

25 may 2021-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qarabağın iqtisadiyyatının gələcəyinə baxış: dayanıqlı inkişafın yeni modeli” mövzusunda onlayn Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransın məqsədi Azərbaycanın işğaldan azad olunan ərazilərinin mövcud vəziyyətini, “Böyük qayıdış”ın sosial, iqtisadi, demoqrafik və infrastruktur məsələlərini, eləcə də əhalinin yaşayış təminatını elmi əsaslarla beynəlxalq səviyyədə müzakirə etməkdən ibarətdir.

Konfrans materiallarının təqdim olunması üçün son tarix 25.04.2021-ci il nəzərdə tutulub.

Konfransın müzakirə mövzuları aşağıdakılardır:

-İşğaldan azad olunmuş ərazilərin bərpa olunmasının dünya təcrübəsi;

-İşğaldan azad olunmuş ərazilərin dayanıqlı artan rəqəmsal iqtisadiyyatının qurulması perspektivləri;

-Regional rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması;

-Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarının işğaldan azad olunmuş ərazilərinə “Böyük qayıdış”ın sosial-iqtisadi, demoqrafik və infrastruktur məsələləri;

-İşğaldan azad olunmuş ərazilərdə təbii ətraf mühütün bərpası: təmiz ətraf mühüt və “yaşıl artım” bölgəsinin yaradılması;

-İşğal nəticəsində Azərbaycana dəymiş ziyanın qiymətləndirilməsi məsələləri;

-Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarının ixrac potensialından istifadə.

Məqalə tərtibinə verilən tələblər barədə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

konfrans_etraflı120321

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?