Quba filialında “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı tədbir keçirilib

15.05.2024
Quba filialında “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı tədbir keçirilib

May ayının 14-də Filialın Riyaziyyat və təbiət elmləri fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasının III tədris ili tələbələrinin “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı tədbiri baş tutub.

Tədbirdə LOQOS Xaçmaz filialının nümayəndəsi Əlifxanova Ülviyyə, Quba Mərkəzi Xətəxanasından Vahabzadə Şahbaba, “Regional İnkişaf” İctimai Birliyinin Quba nümayəndəliyinin əməkdaşı, valideynləri ilə əlilliyi olan uşaqlar iştirak etmişlər. Tədbir tələbələrin Azərbaycan Respublikasının Dövlət Himninin işarət dili ilə ifası ilə başlamışdır. Tədbirdə tələbələr məruzələrlə çıxış edərək 3 bölmə üzrə: Ümummilli lider Heydər Əliyevin, ölkə başçısı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun inklüziv təhsilin yaradılması və inkişafı üçün gördüyü işlərdən danışmışlar. Daha sonra direktor dosent Yusif Alıyev inklüziv təhsil sahəsində ADPU-nun Quba filialında görülən işlərdən danışmış, filialda olan “İnklüziv mərkəz”də əlilliyi olan şəxslərin və onlarla tədris prosesini həyata keçirəcək müəllim və tələbə heyətinin yararlanması məqsədilə tədris resusrlarının toplandığı xüsusi kitabxana və kitabxanada bu sahədə mövcud olan 4 dildə (ingilis, rus, türk və azərbaycan) dərslk, metodiki vəsaitlər, elmi kitablar, jurnal, qazet və broşurlar haqqında məlumat vermişdir.

Tədbir zamanı “İnklüziv mərkəz” də görmə əlilliyi olan şəxslərin istifadəsi üçün nəzərdə tutulan xüsusi avadanlıqlar nümayiş etdirilmişdir. Tədbirin sonunda filialın müəllimi və tədbirin təşkilatçısı Günel Şadlinskaya, Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı vəzifəsini müvəqqəti icra edən Nübr Bayramova, Tədris şöbəsinin müdiri Mələk Bağırova çıxış etmiş, fəal tələbələr fəxri fərmanlarla təltif olunmuş, tədbirə dəvət olunan əlilliyi olan uşaqlara hədiyyələr verilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?