MULTİGənclik layihəsi yekunlaşıb!

17.03.2023
MULTİGənclik layihəsi yekunlaşıb!

Son görüşdə gənclər üçün quiz formatında intellektual yarış keçirilib. Yarışın qalib komandasının üzvlərinə Gündüz İsmayılovun müəllifi olduğu “Tolerantlıq – bildiklərimiz və bilmədiklərimiz” kitabı hədiyyə edilib.

Daha sonra Qubada multikulturalizmin bariz nümunəsi sayılan Qırmızı Qəsəbəyə ekskursiya təşkil olunub. Gənclər burada fəaliyyət göstərən sinaqoqlar və tarixi yerlərlə tanış olub.

Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun gənclər təşkilatları üçün elan etdiyi 16-cı qrant müsabiqəsinin qalibi olan “MULTİ Gənclik” layihəsi Uğurlu Gələcək İctimai Birliyinin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilib.

Multikulturalizm ölkəsi olan Azərbaycanda müxtəlif etnik qruplardan olan gənclər arasında mübadilənin artırılması, gənclərimizin milli-mənəvi dəyərlərə və Azərbaycançılıq idealogiyasına, multikulturalizm ənənələrinə bağlılığının qorunub saxlanmasına dəstək məqsədi ilə keçirilən layihə 5 gün ərzində ümumilikdə 200 gənci əhatə edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?