Quba filialında Heydər Əliyev İli çərçivəsində və Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümü münasibətilə görüş keçirilib

21.11.2023
Quba filialında Heydər Əliyev İli çərçivəsində və Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümü münasibətilə görüş keçirilib

21 noyabr 2023-cü il tarixdə YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova Quba şəhəri, Fətəlixan küç.4 (ADPU Quba filialı) ərazi partiya təşkilatının fəalları ilə növbəti görüş keçirilmişdir. Görüşdə ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, təşkilatın əməkdaşları, partiya fəalları iştirak edirdi.

Görüş iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan geniş bəhs edərək bildirib ki, Ümummilli Liderin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi YAP 31 ildə tarixin bütün sınaqlarından şərəflə çıxıb, cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Sədr qeyd etdi ki, 1992-ci il 21 noyabr tarixində ölkəmizin müstəqilliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı bir vaxtda ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradıldı və tarixi bir missiyanı yerinə yetirərək Azərbaycanı o dövürki ağır vəziyyətdən xilas etdi. Yeni Azərbaycan Partiyası Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində respublikamızın möhkəmləndirilməsi, demokratik və mənəvi dəyərlərin yaşadılması, sosial-iqtisadi, siyasi və ordu quruculuğu sahələrində müqayisə olunmaz inkişafa imza atdı. Hazırda respublikamızın Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə bu dövlətçilik ənənələri göz bəbəyi kimi qorunur və daha da inkişaf etdirilərək yeni-yeni uğurlara nail olunur. Fidan xanım həmçinin, YAP-ın VII Qurultayından sonra ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsindən, partiyada aparılan islahatlardan da söhbət açdı.

ADPU-nin Quba filialının direktoru dosent Yusif Alıyev Azərbaycanın son illərdə keçdiyi şərəfli yolun əzəmətli inkişaf mərhələsi kimi tarixə düşdüyünü diqqətə çatdırdı, qeyd etdi ki, 1993-cü ildə Azərbaycanda ictimai siyasi vəziyyət gərgin xarakter almışdı. Bir tərəfdən mərkəzi hökumətin Azərbaycana qarşı mənfi münasibəti, digər tərəfdən isə Ermənistanın vəziyyətdən sui-istifadə edərək ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış etməsi və silahlı hücuma başlaması vəziyyəti daha da gərginləşdirdi.Azərbaycan xalqı bu vəziyyətdən çıxış yolunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Xalqın ziyalıları o dövrdə Naxçıvanda yaşayan Heydər Əliyevə müraciət etdilər və partiya yaradılması qərara alındı. Heydər Əliyevin siyasi nüfuzu o qədər böyük idi ki, YAP yarandıqdan qısa müddət sonra hakimiyyətə gəldi.

Direktor həm də ölkəmizin günü-gündən artan iqtisadi və hərbi qüdrətindən, regionun ən güclü dövləti olmasından, bu sahədə ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən danışdı.Direktor həm də YAP Quba rayon təşkilatının əldə etdiyi uğurlardan və Filial ilə qarşılıqlı həyata keçirilən layihə və görüşlərin əhəmiyyətini də dilə gətirdi.

Daha sonra partiya fəallarının fikir və təklifləri dinlənildi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?