“Özünü müdafiə etməyi bacar, insan alverinin qurbanı olma!”

ADPU-nun Quba Filialında “Özünü müdafiə etməyi bacar, insan alverinin qurbanı olma!” adlı maarifləndirici tədbir keçirilib.

Aprelin 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)Quba Filialında “Özünü müdafiə etməyi bacar, insan alverinin qurbanı olma!” adlı maarifləndirici tədbir keçirilib.Tədbirdə filialın direktoru , professor Əli Alahverdiyev ,  “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri və İnsan alverinə qarşı mübarizəüzrə QHT koalisiyasının sədri Mahirə Əmirhüseynova, DİN-in İnsan alverinə qarşı mübarizə baş idarəsinin əməliyyat müvəkkili, polis mayoru Emin Əsədov , Quba Regional QHT Resurs Təlim Mərkəzinin direktoru Eynulla Xeyrullayev, tələbə və müəllim kollektivi iştirak edib. Çıxış edənlər tələbələri insan alveri, insan alverindən müdafiənin necə qurulması və digər bu kimi mövzular ilə əlaqədar maarifləndiribər.

Sonda tələbə-gəncləri maraqlandıran suallara cavab verilib.

  • Mənbə: ADPU Quba filialı
  • Müəllif: Yusif Abayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir