Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan növbəti konfransa tezislər qəbul olunur

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan növbəti konfransa tezislər qəbul olunur

 7 May, 2021-ci il tarixində Azərbaycan Universitetində “Nizami Gəncəvinin əsərləri Azərbaycan xalqının etnogenezisinin Qafqaz və Türk dünyası konteksində öyrənilməsində ədəbi və tarixi mənbə kimi” beynəlxalq konfransı keçiriləcək. “Nizami ili” çərçivəsində təşkil olunacaq elmi konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq.

Konfransın işində şairin əsərlərində tarixi faktlar və milli kimlik məsələləri, Azərbaycan xalqının etnogenezisinin öyrənilməsində Nizami Gəncəvi yaradıcılığının rolu, Nizami Gəncəvi və müasir tarix kimi aktual məsələlərin araşdırılması, bu problemlər üzrə duskusiyaların təşkili nəzərdə tutulur.

Pandemiya şəraitini nəzərə alaraq konfransın online formatda keçirilməsi nəzərdə tutulub.

Konqrens aşağıdakı elmi istiqamətləri əhatə edəcək:

-Nizami Gəncəvinin əsərlərində tarixi faktlar;

-Nizami Gəncəvinin əsərlərində milli kimlik məsələləri;

-Azərbaycan xalqının etnogenezisinin öyrənilməsində Nizami Gəncəvi yaradıcılığının rolu;

Nizami Gəncəvi və müasir tarix;

-Nizami irsi və klassik Şərq ədəbiyyatında forma, janr və poetika məsələləri;

-Nizami yaradıcılığında Şərq və Qərb mədəniyyətlərinin sintezi problem;

Nizami ədəbi məktəbi və onun başlıca xüsusiyyətləri;

Nizami ideyaları və sujetlərinin fars, ərəb, türk, hind və digər Şərq xalqlarının ədəbiyyatına təsiri;

-Nizami və Azərbaycan ədəbiyyatı;

-Nizami Gəncəvi və folklor məsələləri.

Tezislərin qəbulu üçün son tarix 25 Aprel, 2021-ci il nəzərdə tutulub.

Konfrans barədə daha ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?