26 fevral 2024-cü il tarixində ADPU-nun Quba filialında İnkluziv təhsil laboratoriyasında “Viqas Med” psixoloji və nitq inkişaf mərkəzinin rəhbəri, tanınmış defektoloq-loqoped Fidan xanım Bağırova tərəfindən “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təhsil” ixtisasının tələbələri üçün “Nitq qüsurlarının yaranma səbəbləri korreksiya üsulları” mövzusunda təlim təşkil edilmişdir. Təlimdə Fidan Bağırova praktik məşğələlərə üstünlük verərək tələbələr üçün yeni olan korreksiya üsulları haqqında məlumat vermiş və vasitələri nümayiş etdirmişdir. Təlim müddətində tələbələrlə sual-cavab həyata keçirilmiş, tələbələrə müammalı qalan məqamların üzərindən bir daha keçilmişdir.
Sonra filialın direktoru fizika elmləri doktoru Yusif Alıyev olduqca yüksək səviyyədə təşkil edilən və müasir təlimin bütün üstünlüklərini özündə əks etdirən məlumatlara görə Fidan Bağırovaya təşəkkür etmiş, belə təlimlərin daha böyük tələbə auditoriyası üçün keçirilməsini tələbələrin peşə hazırlığı istiqamətində atılacaq mühüm addımlardan olacağını vurğulamışdır.
Sonda iştirakçılara Sertifikatlar təqdim olunmuşdur .