Oktaybrın 26-də YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Nə? Harda? Nə zaman?” intellektual yarışında Respublika turnirlərində rayon təşkilatını təmsil edəcək komada üzvləri və partiya fəalları ilə görüşüb
Görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Quba rayon təşkilatının əməkdaşları və partiya fəalları iştirak edib.
Görüşdə Filialın RTE Fakültə dekanlığının əməkdaşı Nəhayət Şirinova, fəal tələbələr Hicran Seyidova, Şəbnəm Abdullayeva da iştirak edib.
Çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Fidan xanım qeyd etdi ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirildi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkib. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün başlıca zəmin yaratdı.
Qeyd olundu ki, intellektual oyununun keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, onun zəngin irsini və ideyalarını böyüməkdə olan gənc nəslə aşılamaq, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Azərbaycanın son illərdə keçdiyi şərəfli yolun əzəmətli inkişaf mərhələsi kimi tarixə düşdüyünü diqqətə çatdırdı və ölkəmizin günü-gündən artan iqtisadi və hərbi qüdrətindən, regionun ən güclü dövləti olmasından, bu sahədə ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır.
Sədr komanda üzvlərinə formalar təqdim edərək onlara uğurlar arzuladı, partiya fəaliyyətində fərqlənən fəallara isə hədiyyələr təqdim edildi.
Sonda tədbir iştirakçıları ilə çay süfrəsi arxasında səmimi söhbət aparıldı.