Müxtəlif ölkələrin tədqiqatçılarını görüşdürən konfransda iştirak imkanı

Müxtəlif ölkələrin tədqiqatçılarını görüşdürən konfransda iştirak imkanı

17-20 iyun, 2021-ci il tarixlərində III Beynəlxalq Ağdəniz Elmi Araşdırmalar konqrensi keçiriləcək. Yakın Doğu Universiteti, Balıkesir Universiteti, İqtisadi Dayanıqlılıq və Sosial Araşdırmalar İnstitutunun əməkdaşlığı ilə baş tutacaq konfransın məqsədi dünyanın müxtəlif yerlərindən elmi araşdırmalarla məşğul olan tədqiqatçıları görüşdürməkdir.

Əvvəlki illərdə artıq iki dəfə keçirilmiş konfrans bu dəfə “Covid-19 və pandemiya dönəmi” adı ilə fəaliyyət göstərəcək. Elə pandemiyanın tələblərinə uyğun olaraq tədqiqatçılara iki cür – ənənəvi və distant formada iştirak seçimi veriləcək. Sözügedən konqrensdə sosial, humanitar, səhiyyə və təhsil sektoru ilə əlaqəli istənilən mövzuda məqalə ilə iştirak etmək mümkündür.

Konfrans müddətində məruzə edilən elmi tədqiqat işləri sonda elektron kitab şəklində yayımlanacaq. İştirak üçün ödənişin məbləği 350 Türk Lirəsi nəzərdə tutulub.

Məruzələrin göndərilməsi üçün son tarix, qoyulan tələblər, qeydiyyat və digər məlumatlarla daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?