Müstəqillik tariximizə “Rəsulzadə və onun yaxın silahdaşı Mustafa Vəkiloğlu” adlı tədbirlə səyahət edilib

13.05.2024
Müstəqillik tariximizə “Rəsulzadə və onun yaxın silahdaşı Mustafa Vəkiloğlu” adlı tədbirlə səyahət edilib

May ayının 11-də ADPU-nun Quba filialında təşkilatçılığı ilə “Rəsulzadə və onun yaxın silahdaşı Mustafa Vəkiloğlu” adlı tədbir keçirilib. Tədbirdən əvvəl qonaqlar filialla tanış olaraq burada yeni yaradılan mərkəzlərlə, müasir tipli auditoriyalarla tanış olublar.

Tədbir Filialın Heydər Əliyev adına lektoriyasında keçirilib. Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin, cümhuriyyət qurucularının və şəxidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikalarının Dövlət Himninin ifa edildi.

Tədbiri giriş sözü ilə açıq elan edən Filialın direktoru dosent Yusif Alıyev qonaqları salamlayıb, onalara bu tarixi anı yaşatdıqları üçün təşəkkür edib. Vurğulayıb ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2023-cü il tarixində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama müvafiq olaraq ADPU-nun Quba filialının təşkilatçılığı ilə “Rəsulzadə və onun yaxın silahdaşı Mustafa Vəkiloğlu” adlı tədbir bu gün həm də Azərbaycan Cümhuriyyətinin sonuncu Daxili işlər naziri Mustafa Vəkiloğlu ilə bağlı işıq üzü görmüş “Çapar” nəşriyyatında hazırlanmış “Mustafa Vəkiloğlu: Məktublar, məqalələr” kitabının təqdimatı ilə də yadda tarixi əhəmiyyət kəsb edir.” Bugünki tədbirdə iştirak edən bütün qonaqlara üzünü tutaraq həm bu tarixi faktları öz ailə üzvlərimdən eşitmiş biri kimi, həm də təqdim edilən kitaba əsasən əminliklə deyib ki, “Azərbaycanın son 300 illik tarixində Vəkilovların müstəsna rolu onu göstərir ki, Mustafa bəy Vəkilov təsadüfi ailədən deyil, o, zaman-zaman müxtəlif tarixi dönəmlərdə Azərbaycanın taleyində xüsusi rol oynamış nəslin nümayəndəsidir.“ Direktor daha sonra öz çıxışında tədbirdə iştirak edən böyük Vəkilovlar ailəsindən olan Müvəkkil Hüquq Mərkəzinin sədri, “Oxu” Akademiyasının rəhbəri Səməd Vəkilovu, tanınmış maliyyəçi Şöhrət Vəkilovu, əməkdar mühəndis Ramiz Vəkilovu, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə Vəkilovanı mədəni-tarixi irsimizin qorunmasındakı və təbliğindəki xidmətlərinə görə təqdir etdiyini dilə gətirib, bir ziyalı kimi təşəkkür edib, onlara “Ot kökü üstə bitər!” deyə bildirib. Direktor çıxışını “Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” deyə öz haqq savaşını müstəqillik tariximizə yazdıran Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə ilə davam etdirib.

Tədbirdə Müvəkkil Hüquq Mərkəzinin sədri, “Oxu” Akademiyasının rəhbəri Səməd Vəkilov çıxış edərək Filialın direktoru dos.Yusif Alıyevə tədbirin təşkilatçılığına görə təşəkkür edib, belə tədbirlərin Mustafa Vəkilov kimi dahi tarixi şəxsiyyətlərin irsinin, əməli fəaliyyətlərinin öyrənilməsində əhəmiyyətini vurğulayıb. Daha sonra Mustafa Vəkiloğlunun Məhəmməd Əmin Rəsulzadə ilə münasibətlərindən, həmin dövrün ictimai-siyasi portretindən, Cümhuriyyəti-ənam (xalq cümhuriyyəti) uğrunda mübarizəsindən danışıb.

Tədbirdə həmçinin böyük nəslin daha bir nümayəndəsi azərbaycanlı maliyyəçi, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilovun da çıxışı maraqla qarşılanıb. Şöhrət Vəkilov “Dahilər müzakirə olunmur, sadəcə öyrənilir” deyərək həmin dövrün ictimai-siyasi mənzərəsi ilə tanış olmadan tarixdə imzası olan şəxslərin müzakirə edilməsinin tərəfdarı olmadığnı bildirib. Ş.Vəkilov tədbirin də yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb, bildirib ki, sonadək çox böyük maraqla bütün çıxışları dinləyib.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğu nəzdində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova çıxışını fərqli istiqamətdə quraraq Balo bəy Vəkilov haqqında danışır və “1918-ci il hadisələri başlayandan Balo bəy ermənilərin elə ilk hücumlarından sonra silaha sarılır. Könüllülərdən ibarət güclü müdafiə dəstəsi yaradır. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq onlar igidliklə vuruşur, ermənilərin bütün hücumlarını dəf edir, onlara sarsıdıcı zərbələr vururdu.” deyə tarixi məqamlara toxunur.

Çıxış edən Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova da filialda keçirilən belə mötəbər tədbirlərin ümumilikdə region üçün əhəmiyyətini qeyd edib: ”dos.Y.Alıyev Quba üçün bir incidir” deyə şəhid ailələrinə göstərilən diqqətdən razı qaldığını deyib, daha sonra Səməd Vəkilovla “Vətən naminə” İB yaradılması zamanı apardığı söhbətləri xatırlayıb.

Tədbirdə həmçinin ADPU-nun Quba filialının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva, əməkdar mədəniyyət işçisi, Humanitar elmlər kafedrasının müəllimi Elza Orucova, Ədəbiyyat və dillər kafedrasının müdiri v.m.i.e. Gülşən Ağabəy, Fakültə dekanı v.m.i.e. Nübar Bayramova, kafedranın müəllimi Kəmalə Bayramova da fikir bildiirb, TM ixtisası I tədris ili tələbəsi, həvəskar şair Günəş İskəndərov Xəlil Rza Ulutürkün “Odər yurdu, od torpağı“ adlı şeirini səsləndirib.

Tədbirdə Xalq Şairi Vaqif Səmədoğlu Mustafa Vəkiloğlu haqqında dediyi fikirlərin yer aldığı və Mustafa Vəkiloğlunun oğlu Nadir Vəkiloğlunun tarixi qələbəmiz zamanı Ali Baş Komandan İlham Əliyevə ünvanladığı təbrik videosu, Filialın TEC üzrə fakültə sədri Zəhra Məmmədovanın hazırladığı “Zülmətdə parlayan işıq” adlı divar qəzeti nümayiş olunub.

Sonda tədbir iştirakçılarına Azərbaycan Cümhuriyyətinin sonuncu Daxili işlər naziri Mustafa Vəkiloğlu ilə bağlı işıq üzü görmüş “Çapar” nəşriyyatında hazırlanmış “Mustafa Vəkiloğlu: Məktublar, məqalələr” kitabları hədiyyə edilib, xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?