ADPU-nun Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva Beynəlxalq konfransda məruzə edib

25.02.2022
ADPU-nun Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva Beynəlxalq konfransda məruzə edib
24.02.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Azərbaycan-Ukrayna “Aynur Xatun” qadın cəmiyyəti, Azərbaycan-Ukrayna”Dostluq” cəmiyyəti, “Odlar yurdu” cəmiyyətinin birgə təşkilatçılığı ilə “Erməni vəhşiliyinin şahidi Xocalı faciəsi” mövzusunda onlayn konfrans təşkil edilmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva və digər tədbir iştirakçıları Xocalı soyqırımının tarixin ən qanlı qətliamlarından olması, erməni vəhşilərinin xalqımıza qarşı milli-etnik zəmində törətdiyi faciədən rus dilində məruzə ediblər.
Tədbir regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri (Sumqayıt, Gəncə, Lənkəran, Ağdam, Şirvan, Oğuz, Kürdəmir, Hacıqabul, Neftçala Ağdaş ), həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının nümayəndələri, Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarının birgə iştirakı ilə keçirildi.
Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar olaraq təşkil edilmiş bu tədbirdə Xocalı faciəsi və onun dəhşətli tarixi haqqında tədbir iştirakçılarına məlumat verdi. Tədbirin fəxri qonağı olan Azərbaycan Respublikasının Milli qəhrəmanı Viktor Sereqinin qızı Oksana Sereqina hal-hazırda Ukraynanın dinc şəhərlərinin və onun yaşadığı Xarkov şəhərinin düşmən hücumuna məruz qalmasına baxmayaraq o, Xocalı soyqırımı ilə əlaqədar təşkil edilmiş tədbirdə iştirak etməyi özünə borc bilmişdir. Bildirdi ki, onun atası ukrayna əsilli Azərbaycan Milli qəhrəmanı Viktor Sereqin Xocalıdan mülkü insanların düşmən əlinə keçməməsi üçün dəfələrlə pilotu olduğu vertalyortla çıxarılmasında böyük şücaət göstərmiş və sonda mənfur ermənilər tərəfindən vertalyortu vurularaq şəhid olmuşdur. Azərbaycan onun atasının şəhid olduğu müqəddəs torpaqdır. Vətəndir! Ukrayna vətəndaşı olan Oksana Sereqina Azərbaycan mədəniyyətinin ən böyük təbliğatçılarındandır. O, rus dilində nəşr olunan və Xocalı soyqırımından bəhs edən kitabı təqdim edərək evində ən qiymətli əşyalardan olduğunu vurğuladı. Həmçinin Qarabağ savaşında Azərbaycanın Zəfər qazanmasında keçirdiyi qürur hissindən danışdı. O, xalqımızın həmin dövrdə necə ağrılı günlər keçirdiyinin şahidi olduğunu bildirdi.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?