“MULTİ Gənclik” layihəsinin ikinci günü də geridə qaldı

13.03.2023
“MULTİ Gənclik” layihəsinin ikinci günü də geridə qaldı
Gənclər üçün filialın Humanitar və sosial elmlər fakültəsinin Tarix, pedaqogika və sosial elmlər kafedrasının baş müəllimi, THİK sədri, təlimçi Aygün Şıxbabayeva tərəfindən “Milli- mənəvi dəyərlər və müasirlik” mövzusunda təqdimat baş tutub. Daha sonra isə təlimçi Ülvi Camalsoyun fasilitatorluğu ilə Avropa şurasının “Silipvildə məscid” simulyasiyasiyası keçirilib.
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation’nun gənclər təşkilatları üçün elan etdiyi 16- cı qrant müsabiqəsinin qalibi olan “MULTİ Gənclik” layihəsi Uğurlu Gələcək İctimai Birliyinin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilir.Təlim zamanı filialın fəal tələbələri də iştirak edib.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?