Müəllimlərin İnkluziv təhsil sahəsində bacarıqlarının artırılması layihəsi

02.01.2019
Müəllimlərin İnkluziv təhsil sahəsində bacarıqlarının artırılması layihəsi

ADPU-nun Quba Filialının əməkdaşları “Müəllimlərin İnkluziv təhsil sahəsində bacarıqlarının artırılması layihəsi”nin təqdimat mərasimində iştirak ediblər.

Yanvarın 31-də Bakı Heydər Əliyev Mərkəzində “Müəllimlərin İnkluziv təhsil sahəsində bacarıqlarının artırılması layihəsi”nin təqdimat mərasimi baş tutub.Təqdimat mərasimində Azərbaycan Respublikası təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin direktoru Soltan Məmmədov, RİİB nümayəndəsi Cəmil Əliyev, layihə rəhbəri Leyla Tağıyeva iştirak edib.

Təqdimat mərasimində ADPU-nun Quba Filialının direktoru , professor Əli Allahverdiyev, filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, dekan müavini Nübar Bayramova , Pedaqoji və ictimai fənlər kafedrasının baş müəllimi Pərvanə Rzayeva da iştirak ediblər.

  • Mənbə: ADPU Quba filialı
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?