Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Addım-addım Yaponiya” kitabının təqdimatı keçirilib.
Milli Məclisin Mədəniyyət Komitəsi, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Beynəlxalq Türk Akademiyası, Azərbaycanın Yaponiyadakı Səfirliyi, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutmuş təqdimata texniki dəstəyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı verib. Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Yaponiyanın zərbaycandakı fövqaladə və səlahiyyətli sədiri Vada Cüniçi, Azərbaycanın Yaponiyadakı fövqaladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə, Beynəlxalq Türk Akademiyasının təmsilçisi Askhat Kessikbayev, millət vəkili Vüqar İskəndərov, ADPU Quba filialının direktoru Yusif Alıyev, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və digərləri iştirak ediblər.
Tədbir millət vəkili Q. Paşayevanın kitabın ərsəyə gəlməsi barədə məlumatları ilə başlayıb. O, kitabın hazırlanmasında dəstək olan hər kəsə təşəkkürünü bildirib. Qeyd edib ki, kitab ideyası Azərbaycan Yaponiya Parlamentlərarası Dostluq Qrupunun üzvü olaraq Yaponiyaya səfəri zamanı yaranıb: “Kitabın nəşrində məqasədim iki ölkələr arasında əmkdaşlığa töhfə verməkdir. Qrupun üzvü, jurnlist kökənli millət vəkili olaraq gənclər üçün faydalı hesab etdiyim bilikləri özündə əks etdirən kitab yazmağa qərara verdim. Ümummilli lider Heydər Əliyevin Yaponiyaya səfərlərində daim jurnalist qrupunda təmsil olunduğum üçün Ümummilli liderin bu ölkə ilə münasibətlərin inkişafına nə qədər önəm veridyini yaxından izləmək imkanım olub. Parlamentin rəhbəri Sahibə Qafarovanın mövqeyi də Azərbaycan – Yaponiya münasibətlərinin daha da inkişafına yönəlib. Kitab xalqların bir-birini daha yaxından tanımaları, daha məlumatlı olmalarına xidmət edəcək. Kitab barədə gənclərlə görüşlər də təşkil ediləcək. Ərsəyə gətirdiyim işin gənclər üçün faydalı olmasını arzulayır və tədbir təşkilatçılara təşəkkürümü bildirirəm”.
Yaponiyanın Azərbaycandakı səlahiyyətli səfiri Vada Cüniçi bildirib ki, kitab iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminlik yaradır: “K itabda elə nüanslar yazılıb ki, bunlara bəzən heç yaponların özləri də fikir vermirlər. Xüsusilə də kitabdakı şəkillər çox nəfisdir. Azərbaycanlı gənclərin onu oxumasını çox istərdim. 30 il ərzində Yaponiya və Azərbaycan arasında çox dərin əlaqələr formalaşıb. Fürsətdən istifadə edib sizə fəaliyyətinizə görə, təşəkkürümü bildirirəm. Yazdığınız kitabın əlaqələrə böyük töhfə verəcəyinə əminəm. Gələn il 2 ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq. Bu bir il ərzində kitab geniş şəkildə insanlara təqdim olunmalıdır”.
Səfir həmçinin Vətən müharibəsində həyatını itirmiş insanlarla bağlı baş sağlığını çatdırıb. Azad edilmiş ərazilərdə yaşıl enerji zonalarının yaradılmasında Yaponiya şirətlərinin də iştirakını vurğulayıb.
Azərbaycanın Yaponiyadakı fövqaladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə də kitabın nəşri ilə bağlı təbriklərini çatdırıb. Azərbaycanda yaponiyaşünaslığın inkişafından. Azərbaycan Yaponiya Dostluq Qrupunun yaradılmasından danışıb. Kitabdan sonra əlaqələrin daha da güclənəcəyinə əminliyini ifadə edib. Bunu Yaponiyada səfərdə olmayan, ölkə ilə yeni tanış olmağa çalışan insanlara hədiyyə adlandırıb.
Beynəlxalq Türk Akademiyasının təmsilçisi Asxan Kessikbayev Milli Məclisin Mədəniyyət komitəsinə təşəkkürün bildirib. Kitabın türk dünyasına xüsusi rəğbəti ilə fərqlənən Yaponiyaya həsr olunduğundan məmnunluğunu ifadə edib. Qeyd edib ki, bu əsər xalqların bir-birini daha yaxından tanımasına yardımçı olacaq, münasibətlərə işıq tutacaq. O həmçinin iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinin önəmini vurğulayıb.
Azərbaycan Yaponiya Parlamentlərarası İşçi Qrupunun sədri Əminə Ağazadə bildirib ki, kitab insanları olduqca maraqlı səyahətə aparır. Burada ölkənin tarixi, mədəniyəti, ənənələri, dini münasibətləri əksini tapıb. O həmçinin Vətən müharibəsində ölkəmizi dəstəklədiyi üçün Yaponiyaya təşəkkürünü bildirib.
Millət vəkili Jalə Əliyeva deyib ki, Q. Paşayeva növbəti dəfə çox əhəmiyyətli əsərə imzasını qoyub. Kitab Yaponiya hqqında yazılan elmi monoqrafiyaların obyektinə çevrilə biləcək əhəmiyyətli araşdırmadır. Burada xüsusilə Yaponiya himninin tərcüməsinin diqqət çəkdiyini bildirib. Nəşrlə əlaqədar təbriklərini çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid kitabı həm də birliyin uğuru hesab edib. Yazıçılar Birliyi adından Qənirə xanımı təbrik edib. Müxtəlif ölkələrdəki tədbirlərdə ona sevginin şahidi olduğunu deyib. Q. Paşayevaya enerjisinin heç vaxt azalmamasını arzulayıb.
Millət vəkili Vüqar iskəndərov da kitab münasibətilə təbrikini çatdırıb. Yaponiyanın dünyanın ən inkişaf etmiş ölkəsi olmaqla yanaşı, həm də xalqının kökünə çox bağlı olduğunu vurğulayıb. Kitabın Yaponiyaya yeni gözlərlə baxdığını bildirib.
Millət vəkili Kamilə Əliyeva Yaponiya mədəniyyətinə xas xüsusiyyətlərin Azərbaycan mədəniyyəti ilə də oxşar olduğunu bildirib. Balakən-Zaqatala regionunda keçirilən festivallarda Yaponiya səfirliyinin aktiv iştirak etdiyini deyib. Kitabın davamlı olmasını arzulayıb və bununla xalqlar arasındakı körpünün daha da möhkəmlənəcəyinə inandığını vurğulayıb.
Kitabın rəyçisi Vüqar ağayev kitabda çox geniş məlumatlar verildiyini bildirib. AzərTac-ın Yaponiya agentlikləri ilə əlaqələrindən bəhs edib. O həmçinin Yaponiyada təhsil almaq istəyən azərbaycanlılara qoyulan kvotanın artırılmasını təklif edib.
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova bildirib ki, xatirələrin kitaba dönəcəyi müjdəsini hələ səfər zamanı əfsanəvi Bambuk meşəsində olarkən alıb. Təşkilatlar arasındakı əməkdaşlığa görə, təşəkkürünü bildirib və müəllifə fəaliyyətində uğurlar arzulayıb.
Dos. Təranə Rəhimli yaponiyanın dünya ölkələri ilə əlaqələrinin tarixin barədə məruzə edib. Yaponların dilindəki etik ifadələrdən söz açıb. Kitabın tolerantlıq rəmzi kimi Azrbaycanda nəşr edilməsini təqdirəlayiq hesab edib.
ADPU Quba filialının direktoru Yusif Alıyev bildirib ki, kitab dövlətlərarası münasibətlərin yaxşılaşması, bu ölkənin Azərbaycan oxucusuna tanıdılması baxımından böyük həmiyyətə malikdir. Qeyd edib ki, bu ölkəyə sevgi yalnız milli maraqlar deyil, həm də dövlət əlaqələri baxımından mövcuddur. Direktor çıxışında həm də Yapon-Türk xalqlarının ortaq keçmişindən danışıb. Prezident İlham Əliyevin bu əlaqələrə maraq göstərməsini vurğulayan direktor kitbın ADPU Quba fililına hədiyyə olunmasından sonra tələbələrlə görüş keçirilməsini təklif edib. Direktorun digər təklifi isə Yaponiya universitetləri ənənəsinin öyrənilməsi baxımından dəstəklə bağlı olub. Y. Alıyev həmçinin Q. Paşayevanı kitabın çapı münasibətilə təbrik edib.
Tədbir Q. Paşayevanın yekun çıxışı ilə başa çatıb. Millət vəkili konfrans iştirakçılarına təşəkkürünü bildirib.