Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibətilə “Azərbaycan tarixində böyük başlanğıc” adlı konfrans keçirilib.

16.06.2021
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibətilə “Azərbaycan tarixində böyük başlanğıc” adlı konfrans keçirilib.

Giriş sözü ilə Yeni Azərbaycan Partiyası Quba Rayon təşkilatının  sədri Yusif Abidov ”Gələcəyimizin böyük başlanğıcı” mövzusunda məruzə ilə çıxış edib.Məruzənin əvvəlində 1 dəqiqəlik sükutla Ulu öndərin ruhu yad edilib.Daha sonra Yusif Abidov tədbirin təşkilatçılığı üçün ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevə, Yevlax rayon YAP kollektivinə, şəxsən dəvəti qəbul etdiyi üçün Əminə xanım Yusifqızına dərin təşəkkürlərini bildirib.
Yusif Abidov – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan – Heydər Əliyevdir.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr tarixindən başlayaraq doğma Azərbaycanımızın həm döyüş meydanında, həm də diplomatik danışıqlar nəticəsində qazandığı zəfərlər hər birimizdə böyük qürur və fəxarət hissi yaratdı. Azərbaycan Ordusu cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmaqla, onları torpaqlarımızdan “iti qovan kimi” qovaraq məğlub etməsi xalqımızda böyük sevinc və ruh yüksəkliyinin yaranmasına səbəb oldu. 27 illik həsrətə son qoyuldu. Əzəli torpaqlarımız düşmən işğalından azad edildi. Bu əlamətdar hadisə milli birliyimizi, həmrəyliyimizi daha da gücləndirdi.
Prezident İlham Əliyevin Azərbaycanın dilbər guşəsi Şuşanın azadolunma müjdəsini Fəxri Xiyabandan Ümummilli lider Heydər Əliyevin məzarı önündən “Mən fəxr edirəm ki, atamın vəsiyyətini yerinə yeritdim, Şuşa azad olundu”,-ifadəsi ilə xalqa çatdırması bu gün müasir fikirli gənclərimizdə böyüyə, valideyinlərə bir ehtiram yaratdı. İlham Əliyev Azərbaycan tarixində yeni səhifə açaraq Qarabağ fatehi kimi adını hərbi-siyasi tariximizə qızıl hərflərlə yazdırdı.
Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Daha sonra tədbirdə Əminə Yusifqızı – Yevlax ŞİH başçısı yanında İctimai Şuranın sədri, Yeni Azərbaycan Partiyası  Yevlax şəhər təşkilatının  İdarə heyətinin üzvü, “KÜR”qəzetinin baş redaktoru, əməkdar jurnalist “Heydər Əliyev imzası” mövzusunda çıxış edib.Bildirib ki, Tanrı Heydər Əliyevin timsalında xalqımıza elə bir sənətkar bəxs etdi ki, insanların qəlbini ehtizaza gətirdi, o azman şəxsiyyətdir, xalqın boyunbağısıdır, özümə sual edirəm ki, Ulu öndər  özünü bizə yetirməsə idi nə olardı, Heydər Əliyev xilaskar oldu, tarixin səhifələrində iz saldı.Əslində, dünyanın bütün inkişaflarında, təkamül tarixlərində paralellərlə dolu bir müddətdə, əfsanəvi qəhrəmanlar xalqları bəlalardan xilas edir, Heydər Əliyev də belə dahi şəxsiyyətlərdir.
Mənsiz də dünyanın işi keçərmiş, əcəba dünyaya nə üçün gəldim? Ömər Xəyyam!
Bizlər dünyaya gəlməsə idik,  heçnə dəyişməyəcəkdi, amma Heydər Əliyev dünyaya gəlməsə idi biz bu gün tarixi zəfəri, əbədi müstəqilliyi əldə etməzdik.
Tədbirdə həmçinin  Əhməd Bəkirli – YAP Quba rayon təşkilatının GB sədri “Böyük missiya – tarixin liderlik dərsi”, ADPU-nun Quba filialının İBT ixtisasının I tədris ili tələbəsi Səma Asəfova “Xalq Heydər Deyəcək” mövzusunda çıxış ediblər.
Ulu öndər Heydər Əliyevə aid videoçarxın nümayiş etdirilməsi ilə tədbir sona çatıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?