Quba filialında Müzəffər əsgərimiz” adlı sənədli film təqdim edilib

01.10.2022
Quba filialında Müzəffər əsgərimiz” adlı sənədli film  təqdim edilib
30 sentyabr 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının,
Quba rayon Gənclər və İdman idarəsinin, “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ADPU-nun Quba filialında Vətən müharibəsində iştirak etmiş, qubalı şəhidlər – Miqdad Abduləlimov və Tamerlan Əliyevdən bəhs edən “Müzəffər əsgərimiz” adlı sənədli film gənclərə təqdim edilmişdir. Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükut ilə yad edildikdən sonra açıq elan edilmişdir. “Müzəffər əsgərimiz” sənədli filmi gənclərə təqdim edildikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev çıxış edərək Şəhid analarını salamlayıb, qeyd edib ki, Vətən müharibəsində əbədiyyətə qovuşmuş Şəhidlərimizin valideynlərinin övlad nisgilini onların yanında olmağımızla yox edə bilməsək də, bu ağır itkinin hamımı­zı ağrıtdığını bildirməklə canından can qopanları, az da olsa, ovutmaq mümkündür. Biz canımızda can durduqca Şəhidlərimizin əziz xatirəsini yad edəcək, əbədiləşdirəcəyik. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!
Daha sonra çıxış edən Quba rayon Gənclər və İdman idarəsinin rəisi Mustafa Nöhbalayev də çıxışında şəhidlərimizin şücaətlərindən danışmış, gəncləri vətənpərvər olmağa çağırmışdır. Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova və şəhid Tamerlan Əliyevin anası Zümrüd Əliyeva film haqqında təəssuratlarını tədbir iştirakçıları ilə bölüşmüşdürlər.Övladlarının həyat və döyüş yolundan bəhs edərək qısa amma şərəfli olan Şəhid ömründən danışmışlar.Tədbir müddətində iştirakçılar qəhrəman Şəhidlərimizin valideynlərini dinlədikcə gözyaşlarına hakim ola bilməmişlər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?