Mayın 22-də Quba şəhərində Məmməd Arazın yubileyi qeyd olunub

Mayın 22-də Quba şəhərində Məmməd Arazın yubileyi qeyd olunub

ADPU-nun Quba Filialının tələbəsi görkəmli Azərbaycan şairi Məmməd Arazın yubileyinə həsr edilən ümumrayon şeir müasibəqəsində qalib oldu

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Quba Filialının “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Ayşən Hüseynova görkəmli Azərbaycan şairi Məmməd Arazın yubileyinə həsr edilən ümumrayon  şeir müasibəqəsində qalib olub. Müsabiqədə  Quba rayonunun bütün ümumtəhsil məktəblərindən şagirdlər, Quba Dövlət Sosial İqtisad Kollecindən və həmçinin ADPU-nun Quba Filialından tələbələr də iştirak edib.

Mayın 22-də Quba şəhər  Bəşir Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Məmməd Araz Poeziya Günü” adlı tədbirdə müsabiqə qaliblərinin mükafatlandırılması da keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ziyəddin Əliyev, Məmməd Arazın qızı İradə Tuncay, millət vəkili Aqil Abbas, Respublikanın əməkdar artisti Ağalar Bayramov və rayon ictimaiyyəti də iştirak edib.

Filialın “Məktəbəqədər təlim tərbiyə” ixtisasının II tədrisi ili tələbəsi Ləman Məhərrəmova isə həvəsləndirici diploma layiq görülüb.

  • Mənbə: ADPU Quba filialı
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?