Magistraturanı xaricdə oxumaq istəyənlərin nəzərinə: Yeni proqram elan olundu

Magistraturanı xaricdə oxumaq istəyənlərin nəzərinə: Yeni proqram elan olundu

Proqram Azərbaycan vətəndaşları üçün Tayland universitetlərində magistratura səviyyəsində təhsil almaq imkanı yaradır. Şərtlərə əsasən, dövlət sektorunda çalışan əməkdaşlara üstünlük verilir. Təqaüd proqramına müraciət üçün son tarix 15 mart 2021-ci il nəzərdə tutulub.

Müraciət qaydaları:

-Təqaüd proqramına müraciət edəcək iddiaçılar Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət etməlidirlər – https://app.htp.edu.az/ Elektron qeydiyyatı düzgün şəkildə tamamlayan və bu elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi müsahibəyə dəvət olunacaqlar. Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron sistem vasitəsi ilə bildiriləcək. Elektron sistemə yüklənmiş sənədlərin notarial qaydada təsdiqini mütləq qaydada müsahibə zamanı əlaqədar şəxsə təqdim etməyiniz xahiş olunur. Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə buraxılmayacaqlar. Hər namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır. Seçim nəticələrinə dair apellyasiya şikayəti verilməsi nəzərdə tutulmur. Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Tayland tərəfinə təqdim edəcək. Bu namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə seçim sıralamasına uyğun olaraq göndəriləcək.

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2021-ci ilin yay ayları ərzində təqdim olunması gözlənilir.

Hansı xərclərin qarşılanması, maliyyələşmə ilə bağlı məlumatı link vasitəsilə əldə etmək mümkünüdür.

Tələb olunan sənədlər:

-Ərizə forması (keçid) Əlavə olaraq Azərbaycan tərəfinin elektron ərizə sistemi (https://app.htp.edu.az/ doldurulmalı və yuxarıdakı ərizə forması qəbul sənədi hissəsinə yüklənilməlidir.

-CV (ingilis dilində, maksimum 2-3 səhifə)

-Şəxsiyyət vəsiqəsinin ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;

-Namizədlər 50 yaşdan aşağı olmalıdır;

-Ümumvətəndaş pasportunun ilk 3 səhifəsinin surəti;

-Sağlamlıq haqqında arayış (ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti)

-Bakalavr təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə müraciət edənlər üçün) ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;

-Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilərin ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;

-Motivasiya məktubu (250-500 sözlük, ingilis dilində);

-Tövsiyə məktubları (ən azı 3 şəxs tərəfindən olmalıdır, ingilis dilində);

-Dil sertifikatı (tədris dili ingilis dilində olan ixtisaslar üçün minimum İELTS (6.5)/TOEFL(79).

Müsahibədə iştirak üçün əsas meyarlar və digər detallarla link vasitəsilə tanış ola bilərsiniz.

Təqaüd proqramı ilə bağlı suallarınızı htpinfo@edu.gov.az elektron ünvanına göndərə bilərsiniz. Təqaüd proqramı barədə əlavə məlumatı https://bit.ly/3alHP3g saytından da əldə etmək mümkündür.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?