“Karyera planlaması” mövzusunda sonuncu kurs tələbələri ilə peşəyönümü təlimi keçirilib.

ADPU -nun Quba filialında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən “Karyera planlaması” mövzusunda sonuncu kurs tələbələri ilə  peşəyönümü təlimi keçirilib.
Görüşdə filial əməkdaşları tərəfindən kariyera planlaması və onun üstünlükləri, karyera nəzəriyyələri, özünü tanıma və VİSA aləti, temperament tipləri, əmək bazarı və gələcəyin işi, S.M.A.R.T məqsədlər və s. mövzular ətrafında təlim iştirakçıları məlumatlandırılıb, temperament tipləri barədə test tapşırığı icra olunub.
Tədbirin əsas məqsədi tələbələrin karyera planlamasına istiqamət vermək, eləcə də peşə seçimində dəstək olmaqla inkişaflarına töhfə verməkdir.