“KAMP TEKTONİK”

27.02.2023
“KAMP TEKTONİK”
ADPU-nun Quba filialının TGT sədri Nicat Piriyev və fəal tələbələr “KAMP TEKTONİK” – “Təbii və Texnogen Mənşəli Fövqəladə Hallara Hazırlıq” adlı düşərgədə iştirak edib
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə 20-22 fevral tarixləri aralığında Quba rayonunda yerləşən Macəra Lake Park Hotelində “KAMP TEKTONİK” – “Təbii və Texnogen Mənşəli Fövqəladə Hallara Hazırlıq” düşərgəsi keçirilib.
Düşərgədə tələbələrin fövqəladə hallarla bağlı məsələlərin müzakirəsində və qarşısının alınması istiqamətində həll yollarının müəyyən edilməsində gənclərin fəal iştirakını təmin etmək məqsədilə panel görüşlər, təlimlər, qrup işləri və s. keçirilib.
Düşərgə müddətində ilk olaraq 50 nəfərdən heyətlə ibarət Ulu Öndər Heydər Əliyevin abidəsinə ziyarət təşkil edilib, daha sonra isə 30 nəfər tələbənin saat 14:00-da Hoteldə panel görüşdə iştirakı təmin edilib.Gənclər düşərgədə FHN Şimal Regional Mərkəzinin Operativ Məlumat şöbəsi, Quba Rayon Mərkəzi Xəstəxanasının həkimləri, Quba rayon Polis Şöbəsinin əməkdaşlarından məlumat əldə ediblər.
Düşərgədə moderatorluğu ATGTİ-nin nümayəndəsi Orduxan Qəhrəmanzadə edib.
Qeyd edək ki, “KAMP TEKTONİK” düşərgəsində iştirakçılar “Fəlakət anlarında humanitar dəstək” , “Çadırların qurulması, meşə və səhra şəraitində sağ qalmaq” mövzusunda təlim keçib, asudə vaxtda futbol oynayıb, Quba rayonunda Afurca şəlaləsini ziyarət ediblər.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?