DPU-nun Quba filialında “Savadlı Azərbaycan gəncliyi” devizi altında Sosial psixologiya fənnindən “İnformasiya mübadiləsində semantik-metodoloji və məntiqi maneələr” mövzusunda “Açıq dərs” keçirilib.
Noyabrın 18-də filialın Tarix, pedaqogika və sosial fənlər kafedrasının baş müəllimi p f.d. Xatirə Nurəli qızı İbrahimovanın (Kavak) təşkilatçılığı ilə keçirilən açıq dərsdə Humanitar və sosial elmlər fakültəsi Sosial iş ixtisasının II tədris ili tələbələri üçün müəllimin hazırladığı mühazirə və təqdimat əsasında nəzəri məlumatlar təkrarlanmış, yeni biliklər əldə edilmişdir.
Açıq dərsdə ADPU-nun Quba filialının Tarix, pedaqogika və sosial fənlər kafedrasının müdiri t.f.d Elnur Nəsirov, Humanitar və sosial elmlər fakültəsinin dekanı v.m.i.e. A.Şeydayeva, həmin kafedranın laborantı Gülnar Məmmədova iştirak edib.