Türkiyə Təhsil Nazirliyinin mütəxəssisi Dr. Nihat Böyükbaş “Təhsil sistemləri və layihələrin idarə edilməsi” fənnidə qonağı kimi iştirak etmişdir

28.11.2022
Türkiyə Təhsil Nazirliyinin mütəxəssisi Dr. Nihat Böyükbaş “Təhsil sistemləri və layihələrin idarə edilməsi” fənnidə qonağı kimi iştirak etmişdir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Təhsil sistemləri və layihələrin idarə edilməsi” fənni üzrə “Azərbaycan və Türkiyə təhsil sistemlərinin müqayisəli təhlili” seminar dərsə Türkiyə Təhsil Nazirliyinin mütəxəssisi Dr. Nihat Böyükbaş dəvət olunmuşdur.
Filialın müəllimi, Qazi universitetinin doktorantı Şəhla İbişova “Təhsil sistemləri və layihələrin idarə edilməsi” fənnini çox böyük üstünlüklərlə tədris edir.
Ümumiyyətlə, Şəhla İbişova fənn üzrə mövzuya uyğun olaraq Türkiyənin təhsil sahəsində çalışan alim və mütəxəssisləri dərsə dəvət edərək seminarda onların təcrübəsindən bəhs edən polemikalar yaradır.
Bu dəfə “Azərbaycan və Türkiyə təhsil sistemlərinin müqayisəli təhlili” mövzusunda keçdiyi dərsədə
qonaq Türkiyə Təhsil nazirliyinin mütəxəssisi, Azərbaycanda təhsil müşaviri vəzifəsində çalışmış Dr. Nihat Böyükbaş olmuşdur.
Dr. Nihat Böyükbaş Türkiyədə həyata keçirilən müasir təhsil islahatları ilə Azərbaycanın təhsil uğurlarını müqayisəli paralelliklərlə təhlil edərək tələbələrin bu mövzu ilə əlaqali suallarını cavablandırmışdır.
Onlayn keçən dərsdə filialın direktoru dosent Yusif Alıyev, müəllimlər və tədris şöbəsinin əməkdaşları iştirak etmişdir.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?