Bu gün İctimai Şura üzvləri Azərbaycan Dövlət Pedaqoji Universiteinin (ADPU) Quba filialında imtahan prosesinin təşkilini izləyiblər. Müşahidədə əsas məqsəd bölgədəki ali təhsil müəssisəsində keçirilən imtahanlarda ictimai nəzarətin təşkili, işıqlandırılması olub.
Müşahidə prosesində filialın direktoru dos. Yusif Alıyev, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri Yusif Abidov, Qafqaz TV-nin direktoru Eltən Qədimbəyli, Quba şəhər 3 saylı tam orta məktəbin direktoru Sara Ağayeva, Quba şəhər təbiət fənlər təmayülllü liseyin direktoru Eynulla Camalov və Quba Mədəniyyət İdarəsinin rəisi Fuad Orucov iştirak ediblər.
İctimai müşahidə zamanı şura üzvləri İmtahan Qərargahında olaraq prosesin pərdə arxasını izləyiblər. Prosesin filialdakı yüksək İKT imkanları, kompüter texnologiyaları vasitəsilə, məsafədən təşkil edildiyi məlum olub. İmtahanlarda kənar müdaxilənin tamamilə yolverilməzliyi, şaffaflığın təmin olunması qeyd edilib.
Filialın direktoru dos. Yusif Alıyev şura üzvlərinə imtahanların təşkili qaydalarını, prosedur qanunauyğunluqlarını izah edib. Bildirib ki, imtahan zamanı tələbəyə 5 sual təqdim edilir və hər biri “10” balla qiymətləndirilir. Prosesin davamlılığı, operativliyi məqsədilə imtahanları iki nəfər – müəllim və onun assistenti götürür. Həddindən artıq zəruri və məsuliyyətli iş olduğu üçün filialın direktor müavinləri də nəzarətə cəlb olunublar. İmtahanlar distant qaydada təşkil edildiyinə görə, internet və İKT imkanlarının kəsilməzliyi, texniki problemlərin qarşısının alınması məqsədilə xüsusi tədbirlər görülüb. Tədbirlər nəticəsində işıq kəsintisi belə, prosesin ləngiməsinə səbəb olmur.
Direktor həmçinin ADPU Quba filialında yeni yaradılmış ixtisaslar, əlavə edilən plan yerlərindən söz açıb. Bildirib ki, hər bir ixtisasın tədrisində peşəkarlıq, innovativlik gözləniləcək. Y. Alıyev qeyd edib ki, kənardan heç bir işçi qəbul edilmədn filialda optimallaşdırma tədbirləri həyata keçirilib, yeni sturukturlar yaradılıb. Bu. Həm də təcrübə və məzunlarla işin optimallaşdırılmasına, həmçinin, professor-müəllim heyətinin reytinq qiymətləndirilməsinin aparılmasına şərait yaradıb. Direktor bildirib ki, əməyin stimullaşdırılması məqsədilə filialın bütün işçilərinin əməyi qiymətləndirilir və mükafatlar təyin olunur. Həmçinin vurğulanıb ki, hazırda imtahan qərargahının təşkil olunduğu otaq, kompüter laboratoriyası yeni təmirdən çıxıb.
Dos. Yusif Alıyev yaxın gələcəkdə filialda STEM əsaslı təhsilin əsasının qoyulacağı müjdəsini verib. Bildirib ki, filialda kimya, biologiya və ya fizika üzrə STEM qruplarının açılması, Alekseyevka, Nüqədi kənd məktəbləri, həmçinin Fizika Riyaziyyat İnformatika Təmayüllü Respublika liseyi ilə əməkdaşlıq olunması planlaşdırılır. Bu qruplar yüksək səviyyədə İKT imkanları ilə təchiz olunacaq. Həmçinin gələn il filialda magistratura səviyyəsi üzrə də tədrisin aparılacağı qeyd edilib. Dos. Yusif Alıyev əsas məqsədin əmək bazarının təəblərinə uyğun kadrlar yetişdirmək və bölgənin ictimai mədəni həyatında irəliləyişlər olduğunu vurğulayıb. O bildirib ki, pedaoqji təcrübənin Qubanın kənd məktəblərində təşkil olunması da gələcək planlar arasındadır.
Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədri Yusif Abidov imtahan prosesini izlədikdən sonra bildirib ki, imtahanların yüksək səviyyədə təşkilindən, gördüyü maksimum şəfaflıqdan məmnundur. Y. Abidov filialda yüksək səviyyədə təchiz edilmiş Heydər Əliyev konfrans zalının yaradılmasını təqdirəlayiq hesab edib. O, müəllim kadrların peşəkarlıq standartlarına uyğun hazırlığını yüksək qiymətləndirib və doğma kollektivlə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın daim davam edəcəyinə inamını ifadə edib. İctimai sırada təmsil olunduğuna görə təşəkkürünü bildirib.
İctimai Şuranın digər üzvü, Qafqaz TV-nin direktoru Eltən Qədimbəyli də müşahidə təəssüratlarını bölüşün. Xatırladıb ki, koronavirus pandemiyasının ən kəskin vaxtlarında ADPU Quba filialı Azərbaycan ali təhsil məkanında bir ilkə imza ataraq Qazfqaz TV ilə əməkdaşlıq çərçivəsində telemühazirələr təşkil edib. E. Qədimbəyli bildirib ki, telemühazirələr zamanı müəllimlərin kameraya uyğunlaşmaları, innovativlikləri diqqət çəkib. Hər zaman valideyn kimi müşahidə etsələr də, bu dəfə prosesin pərdəarxasını gördüklərindən şad olduğunu bildirib.
Daha sonra imtahana qoşulan tələbələr, müəllimlərlə sual-cavab və s. şura üzvlərinə monitor vasitəsilə onlayn nümayiş etdirilib.
Direktor Yusif Alıyev bildirib ki, tələbələrin istər imtahan prosesi, istərsə də digər məsələlərlə bağlı müraciətləri operativ cavablandırılır. Şəxsən direktor tərəfindən, son 15 gün ərzində 60-dan çox müraciət cavablandırılıb. Direktor filialın 30 illiyinin qeyd ediləcəyini, burada ictimai şəxslərin, ziyalıların, həmçinin televiziyanın rolunu vurğulayıb. Bildirib ki, televiziyanın tanıtımı üçün universitet qədər cəlbedici məkan ola bilməz.
Şura üzvləri tezliklə pandemiyanın başa çatmasını, ənənəvi imtahana keçidi arzulayıblar. Həmçinin bildiriblər ki, pandemiya distant imtahan təcrübəsinin əldə olunması ilə nəticələnib.
Daha sonra filialın imtahanlara səlahiyyətli şəxslərinin Qafqaz TV-ə müsahibələri təşkil olunub.