Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti

09.03.2023
Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti
Ölkəmizdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqları və gender bərabərliyinin təmin edilməsi daima diqqət mərkəzində olmuşdur. Bu sahədə də dövlət siyasəti Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmişdir. Onun ölkəmizə rəhbərlik etdiyi dövrlərdə qadın hərəkatı inkişaf etmiş, mütəşəkkil xarakter almış, bir çox yeni qadın təşkilatları təsis edilmiş, dövlət qadın siyasətinin hüquqi bazası möhkəmləndirilmiş, qadınların ictimai-siyasi həyata, qərar vermə proseslərinə geniş cəlb olunması təmin edilmişdir.
Ulu öndərin şəxsi iştirakı və rəhbərliyi ilə Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə barəbar demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazası yaradıldı. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə bərabərliyi, hebalə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edildi.
1994-cü ildən respublikada həm siyasi, həm ictimai, həm də iqtisadi istiqamətlərdə olan stabillik ölkə qadınlarının sosial statusunda dəyişiklik yaratdı. Bu ərəfədə dünya ictimaiyyəti Qadınların IV Ümumdünya Pekin Konfransına hazırlaşdı. Ümumdünya qadın hərəkatına baş verən proseslər Azərbaycanda da qadınların fəaliyyətində yeni canlanma yaratdı. Məhz ilk dəfə olaraq “gender” bir strateji vəzifə kimi Pekin Konfransının müddəalarında öz əksini tapdı və Azərbaycan bu istiqamətdə işlər aparıldı.
Belə ki, 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Pekin Konfransında iştirak üçün Milli Hazırlıq Komitəsi yaradıldı. 1995-ci il iyunun 30-da Milli Məclisə “Qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” BMT Konvensiyası (GEDAW) ratifikasiya olundu. 1995-ci ilin sentyabrında Azərbaycan qadınları IV Ümumdünya Pekin Konfransında iştirak etdilər. Bu prosesin məntiqi nəticəsi olaraq artıq respublikada Pekin Fəaliyyət Platformasından irəli gələn əsas istiqamətin öyrənilməsi və Qadın təşkilatlarının formalaşması mərhələsi yüksək nöqtəyə çatdı.
1995-ci ildən Ulu Öndər Heydər Əliyevin razılığı və dəstəyi ilə respublikamızda BMT və Azərbaycan Respublikası Nazirlər Kabineti ilə birlikdə “Gender inkişafda”, ATƏT və Azərbaycan Respublikasının Nazirlər Kabinəti ilə birlikdə “Qadın liderliyi” adlı uzunmüddətli Dövlət Proqramları ilə həyata keçirilməsinə başlandı, beynalxalq təcrübə Azərbaycanın milli maraqlarına uyğun şəkildə öyrənildi.
Böyük qürur hissi ilə qeyd etmək istəyirəm ulu öndərin çox böyük önəm verdiyi dəstəklədiyi bu Dövlət Proqramlarında mən iştirak etmişəm və beynalxalq təcrübənin müsbət cəhətlərinin qadınlara çatdırılmasına səy göstərmişəm.
Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından, ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. 2001-ci ildə ulu öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzaladı. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yoluna nəzər yetirilmiş, respublikamızda mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilmişdir. Fərmanda xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilməlidir. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açdı.
1998-ci ildə müstəqil Azərbaycan Respublikası qanunlarının ilk I – qurultayı keçirildi. Qurultayda ümumilli lider Heydər Əliyevin çıxışı, onun müzakirə olunan məsələlərə dolğun, hərtərəfli, konkret və həssas münasibəti sözün əsl mənasında ürəklərə, qəlblərə nüfuz etdi. Onun qadınlara münasibatəindəki rəğbət əsl Azərbaycan kişisinə məxsus, anaya, qadına hörmətdə doğan isti bir münasibət idi. Böyük dövlət xadiminin qadınlarla bağlı çıxışındakı hörmət, qayğı və məhəbbət Azərbaycan qadınının özünə inamını artırdı. Ulu öndər o qədər səmimi, o qədər mehriban çıxış etdi ki, qurultay zalında oturan hər qadın o gözəl sözlərin məhz ona ünvanladığını hesab edirdi.
XX əsrdə Azərbaycanın tarixində bu qurultayın ən böyük tarixi hadisələrindən biri olduğunu, qadınların dövlətin həyatında iştirakının təməlini qoyduqlarını qeyd edən ulu öndər demişdi: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, izzəti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır.”
Ulu öndərin qurultaydakı bir cümləsini də xatırlamaq yerinə düşərdi: O, demişdi: “Mən Azərbaycan tarixində son 50 ildə keçirilən bütün mərasimlərin iştirakçısı olmuşam. Ancaq bu gün bu salondakı mənzərə Azərbaycanın tarixində ilk dəfə olan bir mənzərədir, çünki bura qadınlar toplaşmışlar, bu gözəlliyi onlar yaratmışlar”.
Bu, ulu öndərin Azərbaycan qadınlarına verdiyi çox böyük bir qiymət idi. Qeyd etmək istəyirəm ki, həmin qurultayda rayonumuzun qadınları da, yüksək səviyyədə təmsil olunmuş, ulu öndərin şəxsi razılığı ilə Respublika Qadınlar şürasına üzv seçilən 50 qadından biri də mən olmuşam.
Qurultayın qərarlarından diqqəti cəlb edən əsas məqamlardan biri də dövlət qadın siyasətinin gərçəkləşməsi təlabatı oldu.
Məhz bu zərurətin bazasında Qurultaydan sonra ümummilli leder Heydər Əliyev “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2001-ci il tarixli fərman imzaladı. Fərmanda son yüz ildə Azərbaycanda qadın hərəkatının keçmiş olduğu böyük və mənalı yola bir daha nəzər salınır, onun uğurları da, nöqsanları da ətraflı şərh edilir, yaşadığımız günlərdə bu hərəkatın qarşısında duran vəzifələrin konkret şərhi və icrası məsələləri daha qətiyyətlə irəli sürüldü. Fərmanda Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla, qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyinin təmin olunması bir vəzifə kimi qarşıya qoyuldu.
Ulu öndər Heydər Əliyevin razılığı ilə 2003-cü ilin 27 sentyabrında müstəqil Azərbaycan Respublikası Qadınların II qurultayı keçirildi. Qurultayda ulu öndər Heydər Əliyevin “Dövlət qadın siyasətinin həyata keçirilməsi” haqqında verdiyi fərmanında irəli gələn həlli müzakirə olundu, mühüm qərarlar qəbul edildi.
1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev tərəfindən qadınlarla bağlı imzalanmış fərman və sərəncamlar Azərbaycanda dövlət qadın siyasətinin formalaşmasına böyük təkan verdi. Əsası qoyulmuş bu dövlət qadın siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi, daha da yüksək səviyyədə həyata keçirilməyə başladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-ci il 6 fevral tarixli sərəncamı ilə gənclər sahəsində vahid dövlət siyasətinin həyata keçirilən Komitənin adı dəyişdirildi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırıldı. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət stukturu olduğu da xüsusi qeyd olunmalıdır. Bu addım müasir Azərbaycan cəmiyyətində qadınların rolunun yüksəldilməsinə ölkə başçısının böyük önəm verdiyini bir daha əyani surətdə nümayiş etdirdi, gender problemləri məsələlərinin kompleks şəkildə həlli üçün zəmin yaratdı.
Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun da Heydər Əliyev qadın siyasətini möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilməsinin bir nümunəsi oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda gender tərkibli bir dövlət siyasəti formalaşmışdır.
Bu siyasət Azərbaycan qadınının daim irəliyə, tərəqqiyə doğru aparır, onu beynalxalq aləmdə, dünya qadınlar birliyində layigli bir yerdə saxlayır.
Elza Orucova . Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının müəllimi, Əməkdar mədəniyyət işçisi
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?