İctimai Şura üzvləri ADPU-nun Quba filialında imtahan prosesini izləyiblər

Yanvar ayının 21-də İctimai Şura üzvləri Azərbaycan Dövlət Pedaqoji Universiteinin (ADPU) Quba filialında imtahan prosesinin gedişini izləyiblər. Müşahidədə əsas məqsəd bölgədəki ali təhsil müəssisəsində keçirilən imtahanlarda ictimai nəzarətin təşkili, işıqlandırılması olub.

Qeyd edək ki, ADPU-nun Quba filialının Elmi Şurasının qərarı ilə Filalda imtahanların monitorinqini təşkil etmək məqsədi ilə İctimai Şura yaradılıb.

Müşahidə prosesində filialın direktoru dos. Yusif Alıyev, görkəmli Azərbaycan  şairi Ramiz Qusarçaylı, Quba Tibb Kollecinin direktoru həkim Mikayıl Mirzəliyev, valideynlər İlkin Əliyev və digərləri  iştirak ediblər.

Filialın direktoru dos. Yusif Alıyev şura üzvlərinə imtahanların təşkili qaydalarını, prosedur qanunauyğunluqlarını izah edib. Bildirib ki, imtahan zamanı tələbəyə 5 sual təqdim edilir və hər biri “10” bal çərçivəsində qiymətləndirilir.

Direktor həmçinin ADPU Quba filialında yeni yaradılmış ixtisaslar, əlavə edilən plan yerlərindən söz açıb. Bildirib ki, bundan sonra da hər bir ixtisasın tədrisində peşəkarlıq, innovativlik gözləniləcək.

Direktor Yusif Alıyev qeyd edib ki, tələbələrin istər imtahan prosesi, istərsə də digər məsələlərlə bağlı müraciətləri operativ cavablandırılır.

Daha sonra filialın imtahanlara səlahiyyətli şəxslərinin Qafqaz TV-ə müsahibələri təşkil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.