ADPU-nun Quba filialın və Şahdağ Milli Parkının birgə təşkilatçılığı ilə Şəhid ailələri və qazilərlə görüş keçirilib.

08.11.2023
ADPU-nun Quba filialın və Şahdağ Milli Parkının birgə təşkilatçılığı ilə Şəhid ailələri və qazilərlə görüş keçirilib.

Tədbirdə filialın struktur rəhbərləri, Şahdağ Milli Parkının müdir müavini Rəvayət Nəzərov, Elmi işçisi Şahbala Salmanov, Şəhid Yaşar Xudayevin atası Əli Xudayev, Şəhid İxtiyar Bayramovun atası Bayram Bayramov, qazilər İsmət Əhmədov, Əzizov Məhəmməd, Zahirov Mayıl və tələbələr iştirak edib.

Çıxış edən Şəhid ailələri və qonaqlar Filialda Vətən müharibəsi şəhidlərinin xatirəsinin yaşadılması istiqamətində Filialın direktoru dosent Yusif Alıyev tərəfindən görülən işlərin bir növ mənəvi dəstək olduğunu, və direktora belə təşəbbüskarlığa və vətənpərvərliyə görə öz təşəkkürünü bildirib, qeyd ediblər ki, açılan yol hər zaman gənclər üçün həyata bir məşəl kimi yanacaqdır.Çünki Filialda direktorun xüsusi idarəetmə strategiyası və kollektivin birgə səyi ilə təlim və tərbiyə prosesi qoşa qanad kimi inkişaf etdirilir.

Sonda xatirə şəkli çəkdirilib, simvolik tort kəsilib, söhbət çay süfrəsi arxasında davam edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?