“Heydər Əliyevin ideya siyasi irsi və davamlı inkişaf” adlı ustad dərsi keçirilib

“Heydər Əliyevin ideya siyasi irsi və davamlı inkişaf” adlı ustad dərsi keçirilib

Ustad dərsi Quba Rayonu Heydər Əliyev Mərkəzində RİN 2201B və RİN 2202 qruplarının da iştirakı ilə keçirilib

Ustad dərsini, 25 ildən çox müddətdə dövlət qulluğunda çalışmış, uzun illər Heydər Əliyev irsini böyük məhəbbətlə gənc nəslə təbliğ və tədris edən, Əməkdar mədəniyyət işçisi, Filialın “Tarix, pedaqogika və sosial elmlər” kafedrasının müəllimi Elza Orucova keçib, qeyd edib ki, 2023-cü il Ümummilli Lider, müstəqil və müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 100 ili tamam olması ilə əlaqədar olaraq, dövlət başçımızın müvafiq Sərəncamı ilə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi mühüm tarixi əhəmiyyət kəsb edir.

Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunması və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz xidmətləri ilə hələ sağlığında xalqımızın qəlbində öz əbədi heykəlini ucaltmışdır. Məhz əbədiyaşar liderin müdrik daxili və xarici siyasəti sayəsində Azərbaycan müstəqilliyinin ilk illərində dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulmuşdur.

Daha sonra “Riyaziyyat və təbiət elmləri fakültəsinin” dekan müavini Nübar Bayramova Heydər Əliyev irsində multikultural dəyərlərdən, gənclərə diqqət və qayğısından, Ulu Öndərin gənclər siyasətindən bəhs edib.

Filialın müəllimi, AMEA Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Heydər Əliyev və Azərbaycan tarixi” movzusunda tələbələrə geniş məlumat verib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?