Heydər Əliyevin anadan olmasının 99 ci il dönümünə həsr olunmuş futbol turnirinin final mərhələsi başa çatıb

07.05.2022
Heydər Əliyevin anadan olmasının 99 ci il dönümünə həsr olunmuş futbol turnirinin final mərhələsi başa çatıb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Heydər Əliyevin anadan olmasının 99 ci il dönümünə həsr olunmuş futbol turnirinin final mərhələsi başa çatıb
Final turnirini ADPU-nun rektoru professor hörmətli Cəfər Cəfərov, ADPU- nun Elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, ADPU Quba filialının direktoru dosent Yusif Alıyev, Quba GKİM direktoru Aytac Əhmədova, filial kollektivi də izləyib.
Qeyd edək ki, Final turnir ADPU- nun, ADPU-nun Quba filialının, Quba GİKM birgə təşkilatçılığı ilə baş tutub.
Oyunda hakim və təşkilatçı filialın Pedaqoji və ictimai fənlər kafedrasının İdman müəllimi Çingiz Qəhrəmanov olub.
Turnirin final mərhələsində Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının Təhsildə sosial psixoloji xidmət 1801B ixtisas qrupu ilə Tarix və Coğrafiya müəllimliyi 1801B-1802B və Riyaziyat və İnformatika müəlimliyi 1801B ixtisas qrupları arasında final oyunu keçirilmişdir.Final oyununun nəticəsi 5:2 hesabı ilə Tarix və coğrafiya müəllimliyi 1801B-1802B Riyaziyat və informatika müəllimliyi 1801B qruplarından təşkil edilmiş komandanın xeyrinə başa çatmışdır. Beləliklə yarışın qalibi Tarix coğrafiya müəllimliyi ilə Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələri olmuşdur. Yarışın mükafatlandırma mərhələsində ADPU-nun rektoru pofessor Cəfər Cəfərov da iştirak etmişdir. Komandalara müvəffəqiyyət arzu edərək bu yarışda qalibin olmadığını və qazananın ADPU -nun Quba filialı və onun tələbələri olduğunu qeyd etmişdir. Sonda qaliblər Fəxri fərman və kubokla mükafatlandırılmışdır.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?