Gənc tədqiqatçıların nəzərinə. III Beynəlxalq Elmi Konfrans keçiriləcək – Məruzələr Harvard kitabxanasında saxlanacaq

Gənc tədqiqatçıların nəzərinə. III Beynəlxalq Elmi Konfrans keçiriləcək – Məruzələr Harvard kitabxanasında saxlanacaq

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi ənənəvi olaraq bu ildə də iqtisadiyyat və idarəetmə sahəsində təhsil alan magistr və doktorantlar üçün III Beynəlxalq Elmi Konfransı təşkil edəcək.

Konfransın Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 4–7 iyun 2021 tarixlərində Gəncə şəhərində keçirilməsi planlaşdırılır. “Nizami ili” çərçivəsində təşkil olunacaq III Beynəlxalq Elmi Konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə “Nizami Gəncəvi və Dayanıqlı İnkişaf” mövzusuna həsr olunacaq. Pandemiya şəraitini nəzərə alaraq konfransın onlayn rejimdə təşkili planlaşdırılır.

Bu il konfransın elm komitəsi tərəfindən seçiləcək məruzələrin elmi jurnallarda və beynəlxalq statuslu məruzələr kitabında nəşr olunması, məruzələr kitabının  Harvard University, Oxford University, Yale University, Stanford University, Princeton University, Columbia University, Toronto University, Chicago University, Royal Danish Library, Duke University, British Library, Halle Wittenberg University, Biblioteque Nationale de France kimi nüfuzlu universitet və dövlət kitabxanalarının kataloqlarında yerləşdirilməsi nəzərdə tutulur.

Bu il keçiriləcək konfransda dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş elm xadimlərinin və ölkəmizin özəl və dövlət sektorunda çalışan tanınmış mütəxəssislərinin iştirakı ilə 10-a yaxın dəyirmi masa təşkil olunacaq.

Konfransda iştirak ödənişsizdir. Daha ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?