Filialın Tələbə Gənclər Təşkilatının(TGT) sədr müavini Gənclər və İdman naziri ilə görüşdə iştirak edib

12.11.2021
Filialın Tələbə Gənclər Təşkilatının(TGT) sədr müavini Gənclər və İdman naziri ilə görüşdə iştirak edib

Noyabrın 12-də Gənclər və İdman naziri Fərid Qayıbov şimal bölgəsinin fəal gəncləri ilə Şabran şəhərində görüş keçirib.Görüşdə Quba Gənclər və İdman idarəsinin rəisi Mustafa Nöhbalayev, filialın TGT sədr müavini Nicat Piriyev, Qubadan olan bir qrup fəal gənc də iştirak edib.Görüş zamanı nazir gəncləri maraqlandıran sualları cavablandırıb, onların problemləri ilə yaxından maraqlanıb.Filialın TGT sədr müavini Nicat Piriyev də gənclərlə keçirilən layihələrlə bağlı çıxış edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?