Filialın bir qrup əməkdaşına Azərbaycan Respublikası Təhsil naziri cənab Emin Əmrullayevin təltifləri təqdim edilib

07.05.2022
Filialın bir qrup əməkdaşına Azərbaycan Respublikası Təhsil naziri cənab Emin Əmrullayevin təltifləri təqdim edilib
Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanovun, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin, millət vəkili Vahid Əhmədovun, Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərovun, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynovanın, Quba filialının direktoru dosent Yusif Alıyevin, ADPU-nun prorektor və dekanları, Universitetin filiallarının və Pedaqoji Kollecin direktoru, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və Quba filialının kollektivi iştirak etdiyi 30 illik təntənəli yubiley tədbirində filialın bir qrup əməkdaşı təltif edilib. Azərbaycan Respublikası Təhsil naziri cənab Emin Əmrullayev tərəfindən təltif edilən əməkdaşlara döş nişanları və Fəxri fərmanlar tədbirdə Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firidun Qurbanov tərəfindən təqdim edilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi münasibətilə və pedaqoji kadrların hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə
“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilir:
1.Alıyev Yusif İmrayıl oğlu – ADPU Quba filialın direktoru.
2.Mahmudov İsmayıl Şamil oğlu – ADPU Quba filialında Tədris işləri üzrə direktor müavini;
3.Şeydayev Aysel Balasultan qızı – ADPU Quba filialında Sosial və humanitar işlər üzrə direktor müavini.
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə.
1. Ağabəy Gülşən Şıxmurad qızı – ADPU Quba filialında “Ədəbiyyat və dillər” kafedrasının müdiri;
2.Nəsirov Elnur Güləhməd oğlu – ADPU Quba filialında “Pedagoji və ictimia fənlər” kafedrasının müdiri.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?