Filialın 30 illik yubley tədbirində sərgi təşkil edilmişdir

07.05.2022
Filialın 30 illik yubley tədbirində sərgi təşkil edilmişdir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 30 illik yubileyi ilə əlaqədar möhtəşəm tədbir təşkil edilmişdir. Həmin tədbirdə ADPU-nun Quba filialının “Kitabxana və elektron resurslar” şöbəsinin müdiri Samirə Hacıyeva tərəfindən, filialın professor-müəllim heyətinin dəyərli kitabları (dərslik, dərs vəsaiti, metodiki vəsait, vətənpərvərlik şeirləri )və s. sərgilənərək qonaqlara təqdim edilmişdir.
Bundan əlavə 44 günlük Vətən müharibəsində iştirak etmiş və şəhidlik zirvəsinə ucalmış oğul balalarımızın foto portretləri, gənc və isdedadlı tələbələrimiz tərəfindən çəkilərək həmin sərgidə nümayiş etdirilmişdir.
Bir gözəl məqamı da qeyd etmək istərdik, ADPU “Gənc Müəllim” qəzetinin 191-ci sayı Azərbaycan Dovlət Pedaqoji Universitetinin Quba filialının-30 illik yubileyinə həsr edilmişdir və qəzet sərgilənərək çox böyük diqqət çəkmişdir.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?