Filialda “Ümumtəhsil müəssisələrində STEAM fənninin təkmilləşdirilməsi” istiqaməti üzrə təlimlərə başlanılıb

25.06.2022
Filialda “Ümumtəhsil müəssisələrində STEAM fənninin təkmilləşdirilməsi” istiqaməti üzrə təlimlərə başlanılıb
“Müasir təlim texnologiyalarına və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin Azərbaycan Dövlət Pedaqoji Universitetində tətbiqi” adlı qrant layihəsinin “Ümumtəhsil müəssisələrində STEAM fənninin təkmilləşdirilməsi” istiqaməti üzrə ADPU STEAM mərkəzinin əməkdaşları tərəfindən ADPU Quba filialında 24-25 iyun tarixlərində regionun müəllimlərinə “STEAM fənninin tədrisinin pedaqoji aspektləri” mövzusunda təlimlər keçirilib.
Təlimin açılışında filialın direktoru dos.Yusif Alıyev, ADPU Keyfiyyətin təminatı şöbəsinin müdiri Qalib Şərifov, filialın KT şöbəsinin müdiri Pərvanə Rzayeva da iştirak edib.
Təlimlərdə STEAM fənninə dair 4 məktəb və liseydə aparılan tədqiqatların nəticələri, bu fənnin tədrisində meydana çıxan problemlərin pedaqoji aspektləri və biz tərəfdən təklif olunan həlli yolları müzakirə edildi. 2 günlük təlimin sonunda iştirakçı müəllimlərə sertifikatlar təqdim edilməsi nəzərdə tutulur.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?