
GİKM-in (Gənclərin inkişafı və karyera mərkəzi) Quba –Xaçmaz regional nümayəndəliyinin əməkdaşlığı ilə filialda “İbtidai sinif müəllimliyi” ixtisasının sonuncu tədris ili tələbələri üçün təlimlər Filialın Tələbə, məzun və karyera şöbəsinin müdiri Hikmət Musayev və GİKM əməkdaşı Eyvaz Xeyrullayev tərəfindən keçirilir. Təlimlərdə həmçinin şöbənin əməkdaşı Leyla Nurullayeva, Beynəlxalq münasibətlər üzrə baş məsləhətçi Dünya Əhədova da iştirak edir.
Qeyd edək ki, təlimin ikinci gününün proqramında CV nədir?, Rezume ilə CV-nin fərqi, CV(rezume)-də nəyə diqqət etməliyik?mövzularına müraciət edilib.
Təlimlər qarşılıqlı əməkdaşlıq şəraitində keçir və tələbələr tərəfindən olduqca maraqla qarşılanır.







