Filialda Novruz Bayramı qeyd olunub

18.03.2022
Filialda Novruz Bayramı qeyd olunub

Martın 17-də ADPU-nun Quba filialında filialın TGT birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirilib

Tədbirdə dos.Yusif Alıyev, Respublika çempionu, Dünya rekordçusu, Qubanın fəxri Laçın Pəhləvanoğlu və onun yetirmələri, filialın qəhrəman tələbələri Elvin Seyfəddinov və Ayaz Tahirov, filialın professor, müəllim və tələbə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə Rəşidə Həsənova, Nicat Piriyev açıq elan edib, Novruz haqqında müxtəlif maraqlı tarixi məlumatlar səsləndiriblər.

Daha sonra məruzə üçün söz filialın direktoru dosent Y.Alıyevə təqdim edilib.

Dosent Y.Alıyev 1 dəqiqəlik sükutla Şəhidlərimizin əziz xatirəsini yad edib, bildirib ki, bu il Novruz bayramının qeyd edilməsi çox mükəmməl bir şəkildə yadda qaldı, parlaq Qələbə ilə qədəm qoyduğumuz Novruz bayramının ilk tonqalı Şuşada qalandı. Bu əvəzsiz Qələbə bizi dünyaya məğrur millət olaraq tanıtdı. Bu möhtəşəm Qələbəni bizlərə yaşadan ölməz Şəhidlərimizə bayram günlərində Allahdan rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edərək ruhları qarşısında baş əyirik.

Təsadüfi deyil ki, bir il bundan əvvəl hər birimiz üçün Şuşada Novruz tonqalının qalanması arzu idisə, artıq o tonqal Şuşa qalasının qarşısında qalandı. Dünən arzu olanı müdrik rəhbər və güclü ordu bu gün hər birimiz üçün reallığa çevirdi. Novruz həm də yeni gün, yeni başlanğıcdır. Ötən Novruzdan bu günə qədər ADPU-nun Quba filialı olaraq da çox işlərə, çox ilklərə imza atdıq. Daha sonra tədbirdə iştirak edən qonaqları,

44 günlük Vətən müharibəsində iştirak edən tələbələrimiz Elvin Seyfəddinov, Ayaz Tahitovu salamlaylb, onların həyat və döyüş yolu filialımızın tələbələri üçün örnək kimi təbliğ edildiyini diqqətə çatdırıb.

Daha sonra söz Respublika çempionu, Dünya rekordçusu, Qubanın və qubalıların, idmansevərlərin fəxri Laçın Pəhləvanoğluna və onun yetirmələrinə təqdim edilib.Laçın Pəhləvanoğlu dəvətə görə filial rəhbərliyinə təşəkkür edib, rayonda, ölkədə dövlət səviyyəsində idmana, idmançılara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, bir daha hər kəsi ürəkdən təbrik edib,  bu bayramın gəlişi ilə evlərə,  ocaqlara firavanlıq gətirməsini arzu edib.

Daha sonra Əli İdman Klubunun gənc pəhləvanlarının təqdimatları nümayiş olunub.Filialla əməkdaşlığa görə Laçın Pəhləvanoğlu və yetirmələri filial rəhbərliyi tərəfindən Fəxri Diploma layiq görülüb.

Daha sonra tədbirdə Emilya Orucovanın və Namik Qarayevin  ifasındakı Cənab leytenant adlı musiqi nömrəsi, gənc xanımların ifasında söylənilən Haxışta, Novruz atributları olan Kosa və Keçəlin nömrələri, yumurta döyüşü, və sonda filialın ART klubunun sədri Hicran Seyidovanın təqdimatında keçirilən rəsm müsabiqəsi marağa səbəb olub.

Daha sonra filialln həyətində tonqal qalanıb, xoş arzular səslındirilib, filialın qəhrəman tələbələri Elvin Seyfəddinov və Ayaz Tahirov Diplomla mükafatlandırılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Novruz bayramınız mübarək olsun! Allah xalqımızı, dövlətimizi, ordumuzu, Prezidentimizi qorusun!

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?