Filialda 3 günlük təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib

Filialda 3 günlük təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib

GİKM-in (Gənclərin inkişafı və karyera mərkəzi) Quba –Xaçmaz regional nümayəndəliyinin əməkdaşlığı ilə filialda “İbtidai sinif müəllimliyi” ixtisasının sonuncu tədris ili tələbələri üçün təlimlər Filialın Tələbə, məzun və karyera şöbəsinin müdiri Hikmət Musayev və GİKM əməkdaşı Eyvaz Xeyrullayev tərəfindən keçirilib. Təlimlərdə həmçinin şöbənin əməkdaşı Leyla Nurullayeva, Beynəlxalq münasibətlər üzrə baş məsləhətçi Dünya Əhədova da iştirak edib.

Qeyd edək ki, təlimin sonuncu gününün proqramında müsahibədə uğurlu olmaq üçün nə lazımdır? Müsahibə nədir? HR nə axtarır? Suallara necə cavab verməliyik? Müsahibədən sonra nə oldu? kimi mövzulara müraciət edilib.

Təlimlər qarşılıqlı əməkdaşlıq şəraitində keçib və sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?