Quba filialında keçirilən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-tədris mərkəzi “Effektiv layihə təkliflərinin verilməsi və yazılması” mövzusunda təlimi sırasında iştirakçılar həm də Quba rayonunun tarixi abidələri, gəzməli – görməli yerləri ilə də tanış olmuş, ekskursiyalar təşkil edilmişdir.
Qeyd edək ki, təlimin filialda keçiriləcək paketinə aşağıdakılar daxildir: nəqliyyat xidməti, gecələmə-1 gecə 2 gün, 3 dəfə qidalanma və gəzinti ( ekskursiya zamanı bələdçi xidməti).
Təlimin mövzuları :
❖ layihə təklifinin hazırlanması prosesi, mühitin və ehtiyacların araşdırılması, ideyanın formalaşması
❖ layihənin inkişafı və layihə təklifinin yazılma prinsiplərinin müəyyənləşdirilməsi
❖ Logical Framework (LF) yanaşması ilə layihənin dizayn edilməsi
❖ layihə təklifi hazırlayarkən monitorinq və qiymətləndirmə prinsiplərindən istifadə edilməsi
Təlim Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin sədri, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, Baku-Oxford Schoolun müəllimi Rüfət Əsədzadə tərəfindən keçirilib.