Dünyada təhsil, İngilislər ingilis dili müəllimi axtarırlar

07.07.2023
Dünyada təhsil, İngilislər ingilis dili müəllimi axtarırlar

BMT hesabatına görə 2030-cu ilə qədər dünyamıza daha 69 milyon müəllim lazımdır. YUNESKO deyir ki, hal-hazırda dünyanın hər yerində “kütləvi müəllim qıtlığı” mövcuddur. Həmin mənbəyin məlumatına əsasən 263 milyon uşaq məktəbə gedə bilmir, bunun 25 milyonu heç vaxt təhsil ala bilməyəcək. Əasən insan artımı ilə əlaqəlndirilən bu hal müəyyən mənada

başa düşüləndir. Bu səbəbdən bəzi ölkələrdə siniflərdə uşaqların sayı 100-dən yuxarı olması illər boyunca davam etməkdədir. (https://breakingnewsenglish.com/1610/161006-teachers.html)  

     Bir neçə il bundan əvvəl Britaniya hökumətinin ölkə məktəblərində riyaziyyatın səviyyəsini yüksəltmək üçün Çinə Xalq Respublikasına üz tutması da qəribə görünmədi mənə. Beynəlxalq olimpiadalarda ən yüksək nəticələr göstərən Şanxay qaliblərindən istifadə etmək təqdirəlayiqdir. Bu məsələyə münasibət bildirən hökumət xəbərdarlıq ediridi ki, riyaziyyatın yarıtmaz vəziyyəti ölkə iqtisadiyyatına ildə 30 milyard dollar ziyana vururdu. (https://breakingnewsenglish.com/1403/140314-mathematics.html)  

      Maraqlı burasıdır ki, bu ilin sentyabr ayında İngiltərə məktəbləri daha çox ingilis dili müəllimlərinin qıtlığı ilə üzləşəcək. İngilis dilinin vətəni olan İngiltərə niyə belə bir problemi yaşamalı olcaq? “Donbasa kömür” və ya “Qubaya alma aparmaq” qədər qeyri-adi səslənən bir suala cavabı, elə bu xəbəri ictimaiyyətləşdirən məşhur “The Guardian” qəzetinin müxtəlif saylarında oxuduğumuz yazılarda axtarmağa çalışdıq:

“The Guardian” qəzetinin 17 iyun 2023-cü il sayında çoxlarını sarsıdan bu xəbərin əsas səbəbləri kimi aşağı əmək haqqı, artıq iş və “Ofsted” (təhsildə standartlar offisi) yoxlamalarının təzyiqi vurğulanır. Müəllim çatışmazlığının davam etməsi siniflərdə şagird sayının artması və mütəxəssis təlimi görmədikləri üçün onların geri qalmalarına səbəb olacaqdır. Ötən il təxminən işə qadir 40.000 müəllim vəzifəsini tərk etmişdir ki, bu da 2010-cu ildən bəri ən yüksək göstəricidir. Təkcə bu həftəsonu ingilis dili müəllimi üçün 900-dən yuxarı məktəb təcili və ya sentyabracan elan vermişdir. Yaxşı müəllim bir yana, heç digərini də tapmaq mümkün deyil. Təhsil ekspertlərindən biri baş nazir Rişi Sunakın siyasətini qınayaraq yazmışdır: – Mühüm fənn təkcə riyaziyyat deyil. İngilisi dili də onun qədər əhəmiyyətli olsa da, hökumət ona həmin dəyəri vermir.

“Ofsted” kabusu

     “Ofsted” qısaltması kiçik görünsə də, İngiltərə məktəbəlrində keyfiyyət yoxlaması aparıb, onlrın qiymətini çox konkret, daha doğrusu bir sözlə ifadə edib, məktəb rəhbərlərini dərdə salan, hətta onların intiharına səbəb olan qorxunc bir kabusdur. Məsələn, orta məktəblərdən birini yoxlayan bu qurum məktəbi “əla” dərəcədən “qeyri-kafi” səviyyəsinə düşürdüyünə görə Ruus Peri adlı 53 yaşlı məktəb direktoru intihar etmişdir. Qəzetin yazdığına görə “Ofsted” inspektorları tərbiyə və ya rəhbərlik kimi sahələrə fikir vermədən, bir gün ərzində  müxtəlif kateqoriyalı tapıntılarına əsasən məktəbin fəaliyyətini “əla”, “yaxşı”, “təkmilləşməyə ehtiyacı var” və “qeyri-kafi” qiymətlərlə ümumiləşdirirlər.

    “Ofsted”in yoxlama nəticələrinə inam da birmənalı deyil. “YouGov”in apardığı sorğuya əsasən böyüklərin 28%-i onun dəqiqliyinə inansa da, 50% buna əmin deyil. Dgər bir sorğusuna görə müəllimlərin 90%-i “Ofsted” inspeksiyasını əhəmiyyətsiz hesab etmişdir. (16 iyun, 2023) 

     Valideynlər məktəblər haqqında “ümumimiləşdirilmiş mühakimə” istəmirlər. Onları maraqlandıran sadəcə müəllimlərin həqiqətən işə nə qədər can yandırmalrıdır və Xanım Peri kimi öz məktəbinə sədaqətli başqa birisini təsəvvür etmək mümkün deyildi. (24 mart, 2023) 

     Milli Təhsil İttifaqı (National Education Union) 40.000-dən yuxarı imza ilə “Ofsted”in əvəz olunması üçün Təhsil Departamemtinə (Department for Education) ərizə ilə müraciət etmək niyyətindədir. Milli Təhsil İttifaqı məktəb rəhbərləri və müəllimlərin rifah şəraitinə üstünlük verməyin təxirəsalınmaz olduğunu vurğulayaraq faydalı, səmərəli və ədalətli bir sistemə ehtiyac olduğunu bildirmişdir. (21 mart, 2023)

(the Office for Standards in Education) the government organization that is responsible for checking the quality of education in British schools – (olan Təhsildə Standartlar Ofisi) Britaniya məktəblərində təhsilin keyfiyyətini yoxlamaq üçün məsul olan dövlət təşkilatı

Rahib Alpanlı (Sədullayev), ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?