Doktorantların nəzərinə: Növbəti elmi konfransda iştirak imkanı

Doktorantların nəzərinə: Növbəti elmi konfransda iştirak imkanı

7-8 may 2021-ci il tarixlərində Mingəçevir Dövlət Universitetində Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Vətən Müharibəsində qazandığımız tarixi zəfər Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi konfrans keçiriləcək.

Konfransda ali təhsil və elmi tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, doktorant, dissertant və elmi işçilər iştirak edə bilərlər. Konfrans materialları kitab şəklində çap olunacaq.

Konfransa aşağıdakı istiqamətlər üzrə tezislər qəbul edilir:

-Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır;

-Heydər Əliyev Azərbaycan milli iqtisadiyyatının inkişaf strategiyasının müəllifidir;

-Tarixi zəfərin qazanılmasında Azərbaycan ərbi qüdrətinin rolu;

-Tarixi zəfərdə Azərbaycan diplomatiyasının rolu;

-Azərbaycanı beynəlxalq aləmə tanıdan dahi siyasətçi- Heydər Əliyev;

-Azərbaycanın Türk dünyasına inteqrasiyasında Heydər Əliyevin rolu;

– Heydər Əliyev və milli ordu quruculuğu;

-Azərbaycan elminin və təhsilinin inkişafında Heydər Əliyev erası;

-Azərbaycan sənaye-energetika sisteminin inkişafında Heydər Əliyevin rolu;

-Heydər Əliyev irsi Azərbaycan gəncliyi üçün daim örnəkdir.

Tezislərin qəbul olunma qaydaları və nümunələrlə ətraflı tanış olmaq üçün linkə daxil ola bilərsiniz.

Qeyd edək ki, tezislər aprelin 25-dən gec olmayaraq elektron variantda konfrans@mdu.edu.az elektron poçt ünvanına göndərilməlidir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?