Direktor qalib komandanın üzvlərini qəbul edib

17.11.2021
Direktor qalib komandanın üzvlərini qəbul edib

Filialın TGT fəallarından ibarət “Assasins Creed” komandası noyabrın 14-də Səbail rayonu Gənclər və İdman İdarəsinin (Gİİ), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə Pedaqoji Universitetdə Vətən müharibəsində qazanılan qələbənin birinci ildönümünə həsr olunmuş “Xarıbülbül” adlı “Nə? Harada? Nə zaman?” (NHN) formatında intellektual oyununda qalib olub.
Qalib komandamızın üzvlərini – filialın TGT sədri Səyyad Nəcəfovu, İOK sədri Elxan Əskərovu, və Babayev Ələkbəri, həmçinin Nicat Piriyevi filialın direktoru dos.Y.Alıyev qəbul edib, onları bu böyük uğur münasibətilə şəxsən öz adından və bütün kollektivin adından təbrik edib, daha böyük uğurlar arzu edib.
Direktor vurğulayıb ki, gənclərin uğuruna öz uğuri kimi sevinir, qürur duyur, və tələbələrin hərtərəfli şəxsiyyət kimi inkişafında maraqlıdlr.Daha sonra tələbələrin təkliflərini dinləyib.
Sonda xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?