“COVİD -19-a qarşı birlikdə mübarizə aparaq” adlı vebinar keçirilib

17.05.2021
“COVİD -19-a qarşı birlikdə mübarizə aparaq” adlı vebinar keçirilib

May ayının 16-da Quba Dövlət Sosial-İqtisadi  Kolleci’nin Tələbə Gənclər Təşkilati sədri Fatimə Səfərovanın təşəbbüsü ilə təşkil olunan və ADPU Quba filialının Tələbə Gənclər Təşkilatinin sədri Səyyad Nəcəfovun əməkdaşlıqı ilə ərsəyə gələn ” Covid-19’a qarşı birlikdə mübarizə aparaq” -adli cox möhtəşəm vebinar keçirilib.

Vebinarda ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev gənclərə hər zaman dəstək olduğunu bildirmək məqsədi ilə motivasiya xarakterli çıxış edib, bildirib ki, gənclər arasında qapanmadan yaranan gərginlikləri aradan qaldırmaq, motivasiya yaratmaqdan ötrü çox mühüm işlər görülüb, filialda ilklərə imza atılıb, vurğulayıb ki,  artıq onlayn təhsil region ali məktəbi üçün çətinliklər yaratmır, əksinə yeni imkanlar, yeni əməkdaşlıqlar üçün fürsətlər gətirir. Təbii ki, bu gün şimal bölgəsinin ali və orta ixtisas təhsili ocaqları arasındakı əməkdaşlıq da buna nümunədir.

Qeyd edək ki, vebinarda təlimçi kimi ADPU-nun Quba filialının Pedaqoji və ictimai fənlər kafedrasının baş müəllimi Vüsalə Kərimova “Pandemiya dövründə tələbələrin yaşadığı çətinliklər və onlar üçün yaradılan imkanlar.”mövzusunda məruzə edib, mövzu ilə əlaqədar nümunəni ADPU-nun Quba filialında dosent Yusif Alıyevin təşəbbüsü ilə görülən işlərdən bəhs etməklə diqqətə çatdırıb. Bildirib ki, filialda istər tədris, istərsə də təlim tərbiyə sahəsində görülən işlər göz önündədir, bizlər filial kollektivi olaraq artıq respublikanın bir çox universitetləri ilə rəqabətə girə biləcək komanda şəklində çalışırıq. Filialda yeni layihələrə imza atılır, asudə vaxtın səmərəli təşkili, həmçinin pandemiya dövründə qapanmanın yaratdığı psixoloji gərginliklərin aradan qaldırılması məqsədi ilə müxtəlif tədbirlər, sosial fəaliyyətlər hətaya keçirilir, ilklərə imza atılır.

Yüzə yaxın tələbənin iştirak etdiyi vebinarın sonunda gəncləri maraqlandıran suallara cavab verilib. Vebinar Ödənişsiz olub və iştirakçılara təşəkkürnamə təqdim edilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?