13.05.2024 tarixində ADPU-nun Quba filialında “13 May Ekologiya Günü” münasibətilə və COP29 –un tələbə elmi tədqiqat işlərində müzakirəsinin təşkili və bu istiqamətdə məqalələrin yazılmasına təşviq məqsədilə tədbir keçirilmişdir. Tədbirdə filialın direktoru dosent Yusif Alıyev, Şahdağ Milli Parkının elmi işçisi Şahbala Salmanov, müfəttiş Zaməddin Ağakişiyev, Ekologiya idarəsinin baş məsləhətçisi Rüstəm Abdullayev, filialın professor-müəllim heyəti və tələbələr iştirak etmişlər. Tədbirdə ekoloji şəraitin mühafizə olunmasının əhəmiyyəti, təbii resursların qorunmasının vacibliyi, alternativ enerji imkanlarının yaradılması, respublikamızda Yaşıl dünya həmrəylik ili münasibətilə görülən və görüləcək işlərdən danışılmışdır. Filialın direktoru dosent Yusif Alıyev qarşıda gözlənilən Azərbaycanın ev sahibliyi etdiyi COP29 adlanan möhtəşəm tədbirin iqtisadi, sosial və siyasi əhəmiyyətindən danışmışdır. Tədbirin gedişatında tələbələrlə diskussiyalar aparılmış və fərqlənən tələbələr hədiyyələr təqdim edilmişdir.