Filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Sərxan Cəfərovun məqaləsi “The Role of Stem Education in Preparing Students for the Workforce” adlı məqaləmiz WoS və SCOPUS elmmetrik bazasında indekslənən, 2.0 impakt faktor göstəricili və Q2 kateqoriya göstəricili Avropanın (İngiltərə-London) məşhur “Migration Letters” jurnalında nəşr olunmuşdur.
Məqalənin müəllifi Filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Sərxan Cəfərovun özünün qeyd etdiyi kimi Filialın gənc əməkdaşının növbəti uğurunu sizlərlə bölüşürük.
” Belə ki, daha bir uğurlu elmi-tədqiqat işimizin nəticəsini sizlərlə bölüşürəm.
Hamıya bəllidir ki, XXI əsr müasir texnologiyaların, yeni elmi yanaşmaların, ixtiraların sürətlə inkişaf etdiyi dövrdür. Bu ixtiraları yaradanlar isə müasir təhsil modellərinin yetişdirdiyi müasir insanlardır. Bu baxımdan da bu günün gərəkli kadrı müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslərdir. Bütün bunları prioritet hesab edən Elm və Təhsil Nazirliyi yeni təhsil modelləri üzərində araşdırmalar aparır, bu modellərin tətbiqini vacib hesab edir. Elə bu məqsədlə də Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verdi.
Elmi araşdırmalarla məşğul olduqca təhsilimizin də bu tədqiqatlara adekvatlığını təmin etmək üçün STEAM təhsili haqqında köklü şəkildə araşdırmalara ehtiyac olduğunu görüb, bu mövzuda bir maraqlı məqalə yazmaq qərarına gəldik. Bu işdə mənə bir çox istiqamətlərdə dəstək verən, ən azından yorulanda həvəsləndirən, bu yolda əldə etdiyim qarışıq nəticələri müzakirə etməkdə daima dəstəyini əsirgəməyən dəyərli dosent Yusif Alıyev müəllimə təşəkkürümü bildirirəm.
P.S. Bu gün “The Role of Stem Education in Preparing Students for the Workforce” adlı məqaləmiz WoS və SCOPUS elmmetrik bazasında indekslənən, 2.0 impakt faktor göstəricili və Q2 kateqoriya göstəricili Avropanın (İngiltərə-London) məşhur “Migration Letters” jurnalında nəşr olunmuşdur. https://migrationletters.com/index.php/ml/article/view/3495
Sevincimizi sizinlə bölüşməkdən yana, məmnunluğumuzu bildiririk.
İnşallah, gələcəkdə daha maraqlı tədqiqat işləri ilə Azərbaycan təhsilidə baş verən reformaları, uğurları, inkişafı qeyd edərək, problemlərin həlli yollarını araşdırıb tapmaqda yardımçı olacağıq.”