“Bəşəriyyətin ən böyük kəşflərindən biri: Kitablar aləminə səyahət”

16.02.2024
“Bəşəriyyətin ən böyük kəşflərindən biri: Kitablar aləminə səyahət”

ADPU-nun Quba filialında 14 Fevral Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar “Bəşəriyyətin ən böyük kəşflərindən biri: Kitablar aləminə səyahət” adlı tədbir keçirilib

Tədbir 14 fevral 2024-cü il tarixində saat 10:40-da, Şahdağ Quba Truskavets Sanatoriyasının Akt zalında keçirilib.

Tədbiri giriş sözü ilə Filialın Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva açıq elan edib, iştirakçıları salamlayıb, daha sonra kitablarla tanışlıq sessiyası başlanılıb, ADPU-nun Quba filialının Humanitar elmlər fakültəsinin XM ixtisasının tələbəsi Gülyanaq Əhmədovanın moderatorluğu ilə kitab müzakirəsi keçirilib, çıxışlara başlanılıb. Tədbirdə əvvəlcə Fizika elmləri doktoru, dosent, Qabaqcıl təhsil işçisi, kitaba və yazarlara xüsusi diqqəti, qayğısı ilə seçilən, Filialın kitab fondunu əməli fəaliyyəti nəticəsində son illərdə 22 minə çatdıran, həmçinin kitab sevgisi ilə gənclərə örnək olan ADPU-nun Quba filialının direktor dos.Yusif Alıyev çıxış edib, oxuduğu və təhlil etdiyi kitablardan, yazarlardan, görkəmli şair Ramiz Qusarçaylıdan, dəyərli yazıçımız Əlibala Məhərrəmzadədən sitatlar gətirib və təhlillərinin nəticələrini sadalayıb.

Daha sonra tədbirdə Azərbaycan şairi, AYB-nin Quba bölməsinin sədri, “Azərbaycan bayrağı” şeirinin müəllifi hörmətli ziyalımız Ramiz Qusarçaylı, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi şair ürəkli Rahib Alpanlı, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi, təhlil xarakterli çıxışları ilə fərqlənən Eyvaz Şeydayev, Riyaziyyat və fizika üzrə fəlsəfə doktoru, Riyaziyyat və informatika kafedrasının müdiri v.m.i.e. Nurbala Süleymanov, Ədəbiyyat və dillər kafedrasının müdiri v.m.i.e.dos.Gülşən Ağabəy çıxış edib.

Tədbirdə həmçinin14 Fevral Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar, ADPU-nun Quba filialının Kitabxana fonduna göstərdiyi diqqət və qayğıya görə, həmçinin Filialın Kitabxana və elektron resurslar şöbəsində ən fəal oxucu kimi qeydiyyatda olması münasibətilə Filialın direktoru dos.Yusif Alıyev Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva tərəfindən Təşəkkürnamə ilə təltif edilib.

Daha sonra ADPU-nun Quba filialının səmərəli əməkdaşlığına görə və 14 Fevral Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə ŞAHDAĞ QUBA & TRUSKAVETS” filial Elmi şurasının qərarı ilə direktor tərəfindən təltif edilib, müəssisənin rəhbəri və yaradıcısı prof. Əlibala Məhərrəmzadəyə, İcraçı direktor Qənbər bəyə və əməkdaşlara yaradılan şəraitə və qonaqpərvərliyə görə təşəkkür edilib, müəssisəyə Filial adından kitablar hədiyyə olunub.

Tədbirdə həmçinin Filial direktorunun əmri ilə

14 Fevral Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə və ADPU-nun Quba filialının Kitabxana və elektron resurslar şöbəsində 2023-2024-cü tədris ili ərzində ən fəal oxucu kimi qeydiyyatda olması münasibətilə bir qrup əməkdaş ( Rahib Sədullayev, Mələk Bağırova, Eyvaz Şeydayev, Səməd Çərkəsov, Nurbala Süleymanov ) Fəxri fərmanla təltif edilib.

Tədbir və kitab müzakirələri sonda çay süfrəsi arxasında davam etdirilib, iştirakçılara kitablar bağışlanılıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?