AZTV-də “Əsas məsələ” verlişində “Erməni vəhşiliyinin bariz nümunəsi” adlı debat keçirilib

01.04.2023
AZTV-də “Əsas məsələ”  verlişində  “Erməni vəhşiliyinin bariz nümunəsi” adlı debat keçirilib

AZTV-də “Əsas məsələ” verilişinin 31 mart 2023-cü il tarixli buraxılışında “Erməni vəhşiliyinin bariz nümunəsi” adlı debatda ziyalılar – Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, görkəmli şair Ramiz Qusarçaylı, ADPU-nun Quba filialının direktor köməkçisi, Tarix, pedaqogika və sosial elmlər kafedrasının baş müəllimi, tarixçi Mürvət Əliyev, Quba Soyqırımı Memorial Kompleksinin elmi katibi Abutalıb Turabov, tarixçi Anar Məmmədov iştirak ediblər. Debat müddətində vurğulanıb ki, XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğal edilməsindən və ermənilərin zaman-zaman Şimali Azərbaycan ərazilərinə köçürülməsindən sonra azərbaycanlıların deportasiyası və soyqırımı faciələri başlamışdır. Gəlmə ermənilər azərbaycanlılara məxsus ərazilərdə məskunlaşdıqdan sonra maddi-mədəniyyət nümunələrini məhv etməklə onların izlərini silməyə çalışmış, bu mümkün olmadıqda isə həmin maddi-mədəniyyət nümunələrinin “qədim ermənilərə” aid olmaları barədə saxta tarix yazaraq dünya ictimaiyyətini aldatmağa başlamışlar. Bu yalanlarına baxmayaraq erməni vandalizmi bütün dünyada ifşa olunur.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?